Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/29/2025

Paylaşın

GÜNDƏM

Bakıda ticarət və satış şəbəkələrində monitorinqlər aparılır

Bakıda ticarət və satış şəbəkələrində, AQTA, E-Qidam

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhərində fəaliyyət göstərən ticarət və satış şəbəkələrində monitorinqlər keçirir.
Bu barədə Baki-baku.az-a AQTA-dan məlumat verilib.
Qeyd olunub ki, baxış zamanı müxtəlif çeşiddə qablaşdırılmış içməli suların bəzi market və satış şəbəkələrinin qarşısında açıq hava şəraitində temperatur rejiminə riayət edilmədən, birbaşa günəş şüaları altında, yerdən məsafə gözlənilmədən saxlanıldığı müşahidə olunub.
Nöqsanların dərhal aradan qaldırılması ilə bağlı göstərişlər verilir. Məhsulların etiket məlumatlarında qeyd edildiyi kimi, günəş şüalarından qorunan, sərin yerdə, divar və döşəmədən məsafə gözlənilərək, temperatur rejiminə riayət olunaraq saxlanılması təmin edilir. Həmçinin sahibkarlarla maarifləndirici söhbətlər aparılır, qanunvericiliyin tələbləri izah olunur.
Monitorinqlər hazırda davam etdirilir. Qeyd olunan nöqsanlar aşkar edildiyi təqdirdə həmin sahibkarlar barəsində inzibati xətalar məcəlləsinə uyğun tədbirlər görüləcək.
İstehlakçılar bu sahədə rastlaşdıqları uyğunsuzluqlarla bağlı Agentliyin 1003 – qaynar xəttinə zəng edərək və ya “E-Qidam” mobil tətbiqi ilə məlumat verə bilərlər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə, 505 min

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, Xalq artisti, tanınmış teatr və kino aktyoru, Dövlət mükafatı laureatı Hacı

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, Xalq artisti, tanınmış teatr və kino aktyoru, Dövlət mükafatı laureatı Hacı
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin