Elm və Təhsil Nazirliyinin dəstəyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin birgə təşkilatçılığı ilə sentyabrın 24-25-də Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” keçiriləcək.
Bu barədə Baki-baku.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “Transmilli tədqiqat: Bilikdən qlobal təsirə doğru” mövzusunda təşkil olunacaq sammitdə müvafiq sahə üzrə qlobal miqyasda tanınmış 50-dən artıq spikerin, 150-ə yaxın qurumu təmsil edən 350-dən çox iştirakçının təmsil olunması gözlənilir.
Sammitdə aşağıda qeyd olunan istiqamətlər üzrə müzakirələr aparılacaq:
- Qlobal tədqiqatın təsiri: Avrasiya regionunun güclü tərəflərindən faydalanma
- Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaqda ali təhsilin rolu
- Qitələri əlaqələndirmək: Əməkdaşlıq və innovasiya imkanları