Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/19/2025

Paylaşın

GÜNDƏM

Bakıda tanınmış özbək miniatür ustası Cahangir Aşurovun sərgisi açılıb

Cahangir Aşurov

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə noyabrın 18-də tanınmış özbək miniatür ustası Cahangir Aşurovla görüş və ustad dərsi keçirilib, daha sonra isə sənətkarın əsərlərindən ibarət sərgi açılıb.

Baki-baku.az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva, eləcə də sənət adamları tədbirdə iştirak ediblər.

Bakı Fotoqrafiya Evində keçirilən görüş zamanı Cahangir Aşurov iştirakçılarla yaradıcılıq təcrübəsini bölüşüb, iş texnikasını nümayiş etdirib və sualları cavablandırıb.

Tədbirdə rəssamlar, dizaynerlər, incəsənət araşdırmaçıları və sənətsevərlər iştirak edərək miniatür sənətinin incəliklərini yaxından tanımaq və onun sehrini hiss etmək imkanı əldə ediblər.

Daha sonra Bakı Fotoqrafiya Evindəki sərgi zalında Cahangir Aşurovun “Şərq miniatürü: Zamanla səyahət” sərgisinin açılış mərasimi təşkil olunub.

Sərgi miniatür sənətinin zəngin tarixini izləyicilərə çatdırmaq baxımından xüsusi əhəmiyyət daşıyır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Artilleriya atəşfəşanlığı əsrlər əvvəl parad mərasimi kimi deyil, XIV əsrdə Avropa gəmilərinin xeyli sayda gəmi topu ilə təchiz

Ən son

GÜNDƏM

Azərbaycanda fevralın 14-də havanın temperaturu 20 dərəcəyə çatacaq.

GÜNDƏM

Azərbaycanda fevralın 14-də havanın temperaturu 20 dərəcəyə çatacaq.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin