Bakının Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində sursat aşkar edilib.
Baki-baku.az xəbər verir ki, məlumatla əlaqədər Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra aşkar olunmuş sursatların 1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 55 ədəd 5,45 mm-lik mərmi və 1 ədəd AK-74 avtomatının darağı olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.