Nəşr edilmişdir 04/15/2025

Paylaşın

GÜNDƏM

Bakıda şirkətlərin ekoloji pozuntuları ilə bağlı araşdırma aparılıb

IMG-20250415-WA0222(1)

Bakıda ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik qaydalarının pozulması faktları ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Bu barədə Baki-baku.az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, araşdırmalar zamanı Bakı şəhərinin Xətai rayonunda “Venera Project” MMC, Yasamal rayonunda “Esila Trading” MMC, “Payitaht Restaurant” MMC, Binəqədi rayonunun Biləcəri qəsəbəsində mebel fabrikinin fəaliyyəti zamanı “Crystal Mebel İnteryer” MMC tərəfindən, həmçinin Yasamal rayonunun A.M.Şərifzadə küçəsində tullantıların qanunsuz qalaqlanması zamanı müxtəlif ekoloji pozuntuların törədilməsi müəyyən edilib.
Qeyd olunan faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 233.1 (ətraf mühitə atılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması), 237.1 (yol verilə bilən son hədlərin normativləri səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqla təmin edilməyən obyektlərin istismara verilməsi), 266.2 (tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulması), 271 (tullantıların qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) və 275.2-ci (ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulması) maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə məhkəməyə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilib.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan ərazisində aprelin 19-na gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Ən son

MEMARLIQ

Bakı şəhərinin mərkəzində, Nizami küçəsinin daim hərəkətli və cəlbedici həyatı fonunda, diqqətdən kənarda qalan bir

MEMARLIQ

Bakı şəhərinin mərkəzində, Nizami küçəsinin daim hərəkətli və cəlbedici həyatı fonunda, diqqətdən kənarda qalan bir