Nəşr edilmişdir 05/29/2025

Paylaşın

İQTİSADİYYAT

Bakıda sənayedə özəl sektorun payı 82 % olub

2025-ci ilin yanvar-mart aylarında sənayedə istehsal olunan malların və göstərilən xidmətlərin həcmi 12,8 milyard manat təşkil edib.
Bu barədə Baki-baku.az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, sənaye məhsulunun 75,4 %-i mədənçıxarma, 20,7 %-i emal, 3,1 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 82 % olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 93,9 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 6,1 % təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 2025-ci il aprelin 1-i vəziyyətinə 499,6 milyon manatlıq hazır məhsul ehtiyatı olub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınan və satış üçün nəzərdə tutulan 55,3 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Türkiyəli illüstrator Robin Yayla Bakıya həsr olunmuş yeni illüstrasiyalarını sosial şəbəkə hesabında paylaşıb.

Ən son

İQTİSADİYYAT

Bu gündən Azərbaycanda sosial müavinətlərin, Prezident təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğləri artırılır.

İQTİSADİYYAT

Bu gündən Azərbaycanda sosial müavinətlərin, Prezident təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğləri artırılır.