Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/08/2025

Paylaşın

GÜNDƏM

Bakıda Sənaye Təhlükəsizliyi Zirvəsi keçiriləcək

Fövqəladə Hallar Nazirliyi (FHN), SOCAR və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının (AISA) birgə təşkilatçılığı ilə dekabrın 10-da Bakıda III Sənaye Təhlükəsizliyi Zirvəsi keçiriləcək.
Bu barədə Baki-baku.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, “Dönüş nöqtəsi” konsept mesajı ilə təşkil olunacaq tədbir dövlət və özəl sektorun nüfuzlu nümayəndələrini bir araya gətirərək sənaye təhlükəsizliyi, texnoloji yeniliklər, iqlim dəyişikliyi və sosial transformasiyalar fonunda formalaşan yeni yanaşmalar, innovasiyalar və qlobal təcrübələrin müzakirəsi üçün strateji platforma rolunu oynayacaq.
Sənaye Təhlükəsizliyi Zirvəsində Fövqəladə Hallar Nazirliyi, SOCAR və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası (AISA) arasında sənayedə təhlükəsizlik, əməyin mühafizəsi və ətraf mühitin qorunması sahəsində mühüm əhəmiyyətə malik üçtərəfli əməkdaşlıq memorandumunun imzalanması nəzərdə tutulur. Memorandum çərçivəsində tərəflər təhlükəsizlik normativləri, ISO idarəetmə sistemləri və ESG prinsipləri üzrə birgə fəaliyyət göstərəcəklər.
Tədbir ümumilikdə “Qırmızı Xətt” panelindən, “Safe Talks” adlı müzakirədən və “HSE Awards” təltifetmə mərasimindən ibarət olacaq. Proqram, həmçinin 10 spiker və 2 moderatorun iştirakı ilə üç əsas sessiyada keçiriləcək.
“Qırmızı xətt” adlı paneldə ekspertlər sənaye təhlükəsizliyində texnologiya və süni intellektin tətbiqinin yaratdığı yüksək risk zonalarını, texnologiyanın insan faktorunu hansı hallarda əvəz edə bilmədiyini, süni intellektin yaratdığı fürsətləri müzakirə edəcəklər.
“Safe Talks” sessiyası AISA-nın sənaye təhlükəsizliyi, əməyin mühafizəsi və ətraf mühitin qorunması sahəsində maarifləndirici podkast seriyasının davamı olaraq ilk dəfə canlı formatda təqdim ediləcək. Xüsusi qonağın iştirakı ilə keçiriləcək interaktiv müzakirələr təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasına töhfə verəcək.
“HSE Awards” təltifetmə mərasimində isə fərqli sənaye sektorları üzrə sağlamlıq, təhlükəsizlik və ətraf mühit təcrübələrində fərqlənən təşkilat və şəxslər mükafatlandırılacaq. Bu mükafatlar SƏTƏMM sahəsində mükəmməllik yanaşmasını təşviq etməyə və daha təhlükəsiz, dayanıqlı biznes həllərini önə çıxarmağa xidmət edir.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, "Shorkari Shishu Poribar" (Dövlət Uşaq Evi) adını daşıyan bu müəssisənin rəhbərliyi və müəllim-tərbiyəçi heyəti

Ən son

İdman

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda Niderlandın "Ayaks" komandasına qarşı keçirəcəyi matçdan əvvəl

İdman

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda Niderlandın "Ayaks" komandasına qarşı keçirəcəyi matçdan əvvəl
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin