Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/13/2026

Paylaşın

GÜNDƏM

Bakıda qəzalı binaların sayı açıqlandı

WhatsApp Image 2026-03-13 at 15.45.22

Bakıda qəzalı binaların sayı və bu sahədə görülən işlər məlum olub.
Baki-baku.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.
Qeyd edilib ki, Nazirlər Kabinetinin 2023-cü il 26 oktyabr tarixli 847s nömrəli Sərəncamına əsasən Bakıda qəzalı yaşayış binalarının sakinlərinin təhlükəsizliyinin təmin edilməsi və mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə hər il dövlət büdcəsindən müvafiq məbləğdə vəsait ayrılır.
Nəzərə çatdırılıb ki, yerli icra hakimiyyəti orqanlarının müraciətləri və Nazirlər Kabinetinin tapşırıqları əsasında Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən qəzalı binaların siyahıları tərtib edilib. Yaradılmış işçi qrupu tərəfindən aparılan araşdırmalara əsasən Bakı şəhərində 228 ünvanda 7170 mənzil olmaqla qəzalı binalar aşkar edilib.
Eyni zamanda, Sabunçu rayonunda 46 qəzalı yaşayış binasından (782 mənzil) 27 bina (505 mənzil) üzrə məskunlaşmış ailələrin yeni mənzillərlə dövlət vəsaiti hesabına, 19 bina (277 mənzil) üzrə məskunlaşmış ailələrin isə yeni mənzillərlə investor vəsaiti hesabına təmin edilməsi nəzərdə tutulur.
“Yerli icra hakimiyyəti orqanlarının müraciətləri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırıqları əsasında mütəmadi olaraq Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən çoxmənzilli yaşayış binalarına texniki baxış keçirilərək müvafiq rəylərin verilməsi təmin edilir”.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu gün Xalq artisti, teatr və kino aktyoru, Azərbaycan kinosunun “Mixaylo”su Nodar Şaşıqoğlunun doğum günüdür.

Ən son

GÜNDƏM

Baki-baku.az AYNA-ya istinadla xəbər verir ki, martın 14-dən 83 nömrəli müntəzəm marşrut yeni hərəkət sxemi

GÜNDƏM

Baki-baku.az AYNA-ya istinadla xəbər verir ki, martın 14-dən 83 nömrəli müntəzəm marşrut yeni hərəkət sxemi
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin