Mayın 4-9-da Bakıda “Qızıl Şah” beynəlxalq aşpazlıq çempionatı keçirilməsi nəzərdə tutulur.
Baki-baku.az xəbər verir ki, bununla bağlı Dövlət Turizm Agentliyi (DTA) hazırlıqlara başlayıb.
Məlumata görə, tədbir Bakı Ekspo Mərkəzində təşkil ediləcək. Çempionatda Türkiyə, İsveç, İtaliya, Almaniya, ABŞ, Şotlandiya, Xorvatiya, Slovenya, Rusiya, Serbiya, Özbəkistan, Belarus, Qazaxıtan, Rumuniya və Pakistandan qonaqların iştirakı gözlənilir. Xarici iştirakçıların səfər xərclərini Agentlik qarşılayacaq, onlara “Azərxalça” ASC-nin istehsalı olan sertifikatlı xalça suvenir hədiyyə olunacaq.