Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/28/2026

Paylaşın

GÜNDƏM

Bakıda ötən il 15 kilometr uzunluğunda mikromobillik zolağı çəkilib

Təkcə 2025-ci ildə Bakıda 15 küçə və prospektdə, həmçinin 2 ərazidə 15 kilometr uzunluğunda mikromobillik zolağı çəkilib, şəbəkənin uzunluğu 60 km-ə çatdırılıb.
Baki-baku.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.
“Kəsintisiz mikromobillik zolağının təşkil edilməsi üçün mərhələli qaydada velosiped yolları əlaqələndirilir. Mikromobillik infrastrukturu qurulmağa başlayandan bu günə kimi bu nəqliyyat növləri 4 milyon 500 min dəfədən çox sifariş olunub. Bu müddətdə mikromobillik vasitələri ilə 13 milyon kilometr məsafə qət edilib. Avtomobillərlə münaqişəli nöqtələrin aradan qaldırılması üçün təhlükəsizlik sədləri təşkil edilib. İşıqforlarda velosiped bölmələri quraşdırılıb. Bu istiqamətdə işlər davam etdirilir. Həmçinin paytaxtda skuterlər üçün 700, velosipedlər üçün isə 564 parklanma məntəqəsi təşkil edilib”, – deyə o qeyd edib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakıda atletika üzrə beynəlxalq yarış keçiriləcək.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Bakı şəhərində

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Bakı şəhərində
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin