Bu ilin yanvar ayında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 739,7 milyon manat olub.
Bu barədə Baki-baku.az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu, 2025-cü ilin ilk ayı ilə müqayisədə real ifadədə 9,7 % çoxdur.
Hüquqi şəxslər tərəfindən əhaliyə 636,5 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 86,1 %-ni təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,6 % artaraq 1 milyard 264,1 milyon manat olub.