Nəşr edilmişdir 07/12/2025

Paylaşın

GÜNDƏM

Bakıda növbəti iməcilik keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, iyulun 12-də paytaxtda təmizliklə bağlı növbəti daxili iməcilik keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən Baki-baku.az-a bildiriblər ki, BŞİH-in Kommunal təsərrüfat xidmətlərinin texnikası səhər saatlarından başlayaraq əsas küçə və prospektlərin bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulmasını aparıb. Təmizlik işləri zamanı həm də məhəllədaxili və ara yollar da yuyulub. Xidmətin əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulmasını həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb. İctimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, ətrafında səliqə-sahman yaradılıb.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib və təbii gübrələr verilib. Eyni zamanda, şəhər sakinləri və paytaxtımızın qonaqlarının zövqünü oxşayacaq rəngbərəng güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb.

Paytaxtın bütün rayonlarını əhatə edən növbəti daxili iməcilik Bakı şəhərinin daha da gözəlləşdirilməsinə öz töhfəsini verib.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az xəbər verir ki, İlham Əliyev Mariam Kvrivişviliyə nazir təyin olunması münasibətilə təbrik edib

Ən son

GÜNDƏM

Bu barədə Baki-baku.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib

GÜNDƏM

Bu barədə Baki-baku.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib