Nəşr edilmişdir 01/17/2025

Paylaşın

ƏSAS XƏBƏRLƏR, GÜNDƏM

Bakıda mozaika kompozisiyalarında restavrasiya işlərinə başlanılıb

card — 17.01.25 — 4

Bakı şəhərinin bir sıra rayonlarında xalqımızın tarixi mədəni irsinin formalarından biri olan, şəhərimizin bəzi binalarını və parklarını bəzəyən mozaika kompozisiyaları mövcuddur. Əfsuslar olsun ki, xalq tətbiqi sənətinin geniş istifadə edildiyi bu formaya müvafiq diqqət yetirilmədiyindən XX əsrdə yaradılan mozaika kompozisiyalarında restavrasiya işləri aparılmasına ciddi ehtiyac yaranıb.
Baki-baku.az xəbər verir ki, bununla əlaqədar mövcud mozaika kompozisiyalarının bərpası ilə bağlı Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tərəfindən təşəbbüs irəli sürülüb və təşəbbüsündən irəli gələn məsələlər Bakı Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə müzakirə edilib.
Müzakirələrdən sonra məsələ ilə bağlı müvafiq komissiya yaradılıb, ilkin tədbirlər planı müəyyənləşdirilib. Rayon icra hakimiyyəti başçılarına rəhbərlik etdikləri rayonların ərazilərində inventarizasiya aparılması, mövcud mozaika kompozisiyalarının bərpa edilərək onlara nəzarətin artırılması ilə bağlı göstəriş verilib. Artıq bəzi ərazilərdə restavrasiya işlərinə başlanılıb.
Müşavirədə mövcud mozaika kompozisiyalarının daxil edildiyi albomun nəşr olunması qərara alınıb.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2025-ci ilin ilk aylarında oxucuların maraq göstərdiyi kitablar müxtəlif janrlara bölünür. Baki-baku.az olaraq bu aylarda 4 dildə ən

Ən son

MEMARLIQ

“Flame Towers” – “Alov qüllələri” Bakı şəhərinin ən hündür binasıdır. Binanın hündürlüyü 190 metrdir. Bu

MEMARLIQ

“Flame Towers” – “Alov qüllələri” Bakı şəhərinin ən hündür binasıdır. Binanın hündürlüyü 190 metrdir. Bu