Nəşr edilmişdir 02/25/2025

Paylaşın

GÜNDƏM

Bakıda mənzil bazarında əhəmiyyətli qiymət artımı var

цены на недвижимость

Son bir ildə Bakıda mənzil bazarında əhəmiyyətli qiymət artımları müşahidə olunub.
Baki-baku.az xəbər verir ki, bir il ərzində ilkin mənzil bazarında qiymətlər 11.3%, təkrar mənzil bazarında isə 9.8% artıb. Artımlar həm köhnə tikililər, həm də yeni tikililərdə müşahidə olunur. Yeni tikililərdə aylıq 1 kvadratmetr üçün 2.3%, illik isə 14.9% artım olub. Köhnə tikililərdə 1 kvadratmetr üçün aylıq 1.7%, illik isə 11.3% artım olub.

Mənzil bazarında mənzillərin orta qiyməti 1 kvadratmetr üçün 2167 manatdır.
Qeyd edək ki, kirayə mənzil bazarında da ciddi artım müşahidə olunur. Tələbə yataqxanaları tələbələri qane etmədiyi üçün hər il tələbə axınına görə kirayə mənzillərin sayı artır. Mənzillərin satış bazarında artımlar müşahidə olunur. “Bundan sonrakı illərdə mənzillərin qiymətinin ucuzlaşmaq ehtimalı var” sualına iqtisadçı ekspert Xalid Kərimli belə cavab verib: “Xeyr, yaxın gələcəkdə Bakıda mənzillərin ucuzlaşması gözlənilmir. Qiymət artımı hələ davam edəcək.

Artımın səbəbi də budur ki, bu qiymətə alan alıcılar var. Bakıda mənzil, daşınmaz əmlak almağa tələbat var. Paytaxtda daşınmaz əmlak bazarı inkişaf edir. Vətəndaşların imkanı onu almağa çatır ki, qiymətlər də artır. Eyni zamanda Bakıda getdikcə daşınmaz əmlakın, o cümlədən yeni binaların tikintisinin xərci də artır. Çünki tikinti materialların da durmadan qiyməti artır. İkincisi, torpağın qiyməti kəskin bahalaşır”.

Bəs siz mənzil bazarında qiymətlərin artmasına necə baxırsınız? Fikirlərinizi şərh bölməsində bizimlə bölüşə bilərsiniz!

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Fövqəladə Hallar Nazirliyi Novruz çərşənbələrində yanğın təhlükəsizliyi qaydalarına dair əhaliyə müraciət edib.

Ən son

GÜNDƏM

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq yollar nəzarətdə saxlanılıb, qardan təmizlənib və buzlaşmaya qarşı tədbirlər

GÜNDƏM

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq yollar nəzarətdə saxlanılıb, qardan təmizlənib və buzlaşmaya qarşı tədbirlər