Nəşr edilmişdir 05/22/2025

Paylaşın

GÜNDƏM

Bakıda məktəblərə işə qəbulla bağlı test imtahanının vaxtı açıqlanıb

IMG-20250522-WA0038_converted

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində kitabxana müdiri/kitabxanaçı, çağırışaqədərki hazırlıq rəhbəri vəzifələrinə, həmçinin məktəbəqədər təhsil müəssisələrində təsərrüfat müdiri vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi 2025-ci il 26-27 may tarixlərində keçiriləcək.
Bu barədə Baki-baku.az-a BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, test imtahanında 4 283 nəfərin iştirakı nəzərdə tutulub.
İmtahanın keçiriləcəyi məkan və vaxt barədə məlumat namizədlərə SMS vasitəsilə göndərililəcək.
İmtahanda namizədlərə 40 (ixtisas üzrə hər biri 2 bal olmaqla 20 sual, İKT səriştələri üzrə hər biri 1 bal olmaqla 10 sual və məntiq üzrə hər biri 1 bal olmaqla 10 sual) test tapşırığınının cavablandırılması üçün 90 dəqiqə vaxt veriləcək.
Test imtahanının nəticələri barədə məlumat namizədlərə SMS vasitəsilə göndəriləcək.
Keçid həddi 35 bal olaraq müəyyən edilib. 35 və daha yüksək bal toplayan namizədlər müsabiqənin müsahibə mərhələsinə dəvət ediləcək.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bu barədə Baki-baku.az-a BŞTİ-dən məlumat verilib.

Ən son

TARIXI ŞƏXSİYYƏTLƏR

Tarixi mənbələr sübut edir ki, Ağa Məhəmməd şah Qacarın qətlə yetirilməsindən sonra Güney Azərbaycanın bir

TARIXI ŞƏXSİYYƏTLƏR

Tarixi mənbələr sübut edir ki, Ağa Məhəmməd şah Qacarın qətlə yetirilməsindən sonra Güney Azərbaycanın bir