Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/20/2025

Paylaşın

GÜNDƏM

Bakıda Latviyanın Müstəqillik Günü qeyd olunub

IMG-20251120-WA0141

Bakıda Latviyanın Müstəqillik Gününün 107-ci ildönümü qeyd olunub.

Baki-baku.az xəbər verir ki, mərasimində səfirlər, deputatlar, ictimai-siyasi xadimlər və digər qonaqlar iştirak ediblər. Mərasim Azərbaycan və Latviyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Sonra Latviyanın ölkəmizdəki səfiri Edqars Skuya çıxış edib və iki ölkə arasında əlaqələrin inkişaf perspektivləri barədə danışıb.

O, həm də ölkəsinin Azərbaycan-Ermənistan sülh prosesinə töhfə verməyə hazır olduğunu bildirib.

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında ölkələrimiz arasında əlaqələrin dərinləşdirilməsi ətrafında görülən işlər barədə məlumat verib.

“Azərbaycan və Latviya arasında otuz ildən artıq müddətdə formalaşmış münasibətlər qarşılıqlı hörmət və tərəfdaşlığa əsaslanır.

Azərbaycan ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsinə böyük önəm verir və əməkdaşlığımızın daha da genişləndirilməsi üçün böyük potensialın olduğuna inanır.

Hüquqi çərçivəmizin bir hissəsi olaraq, bu günə qədər ölkələrimiz arasında 47 sənəd imzalanıb. Hazırda altı sənəd layihəsi nəzərdən keçirilir. Yaxın gələcəkdə bu sənədlərin imzalanması ölkələrimiz arasında əməkdaşlığın daha da inkişafı üçün yeni imkanlar açacaq”, Məcnun Məmmədov qeyd edib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 mart 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Hərb tariximizdən səhifələr” mövzusuna həsr olunmuş

Ən son

HƏR ŞEYDƏN

Tayra və Minamoto klanları arasında müharibə başlayanda Tomoe həyat yoldaşı olan Minamoto döyüşçüsünün tərəfini seçdi

HƏR ŞEYDƏN

Tayra və Minamoto klanları arasında müharibə başlayanda Tomoe həyat yoldaşı olan Minamoto döyüşçüsünün tərəfini seçdi
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin