Nəşr edilmişdir 12/15/2024

Paylaşın

GÜNDƏM

Bakıda külək əsəcək, rayonlara qar yağacaq

F9270D2D-2EE9-43D0-9E51-0A0A61AB054B

Azərbaycan ərazisində dekabrın 16-na gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Baki-Baku.az bu barədə Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Arabir güclənən cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 0-4°, gündüz 5-9° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə və gündüz 50-55% olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 10-15° şaxta, yüksək dağlıq ərazilərdə 17-22° şaxta, gündüz 0-5° şaxta olacaq.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bu reyslər sərnişinlərə şəhərin zəngin tarixi və mədəni irsi ilə tanış olmaq imkanı yaradır.

Ən son

TARİXİMİZ

Tarixlə müasirlik arasında körpü olan, Bakını mərkəzi rayonlarından biri sayılan, adını qədim Yasamal dərəsindən

TARİXİMİZ

Tarixlə müasirlik arasında körpü olan, Bakını mərkəzi rayonlarından biri sayılan, adını qədim Yasamal dərəsindən