Nəşr edilmişdir 02/18/2025

Paylaşın

GÜNDƏM

Bakıda Kovorkinq məkanları 

WhatsApp Image 2025-02-21 at 1.55.52 PM

Bakıda Kovorkinq məkanları 

Bakıda son illərdə kovorkinqlərin sayı artmaqdadır. Kovorkinq mərkəzləri sayəsində işçilər daha rahat mühitdə çalışa bilirlər. Bakıda ən tanınmış kovorkinq mərkəzlərini nəzərdən keçirək:

1. “Openspace” Coworking Center – şəhərin tam mərkəzində, İçərişəhərdə yerləşir. Açıq və geniş iş sahələri, rahat oturacaqlar və iş masaları ilə təchiz olunmuşdur. İnteryer dizaynında isti rəng tonları istifadə edilərək ev rahatlığını xatırladan bir atmosfer yaradılmışdır. Mərkəzdə saatlıq, günlük, həftəlik və aylıq ofis icarəsi mövcuddur. Məbləğ də bunlardan asılıdır. Paketin içinə limitsiz çay, kofe, sürətli internet, print xidmətləri və kommunal şəxsi əşya üçün dolab daxildir.

2. “Lotfizadeh technology center” – Azərbaycanın ən böyük coworking mərkəzlərindən biridir. Müasir və funksional interyeri ilə seçilir. 3 filialı mövcuddur : Cəfər Cabbarlı 40, Cəfər Cabbarlı 44 və Xocalı Prospekti 37. Hər 3 filialda geniş və işıqlı ofis sahələri, fərdi masalar, ofislər və premium iş yerləri mövcuddur. Mərkəzdə çalışma masasına üzv olduğunuz zaman 24/7 çalışma imkanı, 300 mb internet və etibarlı infrastruktur, limitsiz çay, kofe, şirniyyat, gündəlik təmizlik daxildir.

3. “Fikir Coworking” – 3 filialı mövcuddur : 28 May, Elmlər Akademiyası və Ağ Şəhər filialı. Bu məkanda 24/7 açıq ofis imkanı,sabit masa, limitsiz çay, kofe və su kimi imkanları mövcuddur. Eyni zamanda burada özünüzə rahat şəxsi dolab seçə bilərsiniz. Yalnız fərdi otaqlar deyil, iclas otaqları da mövcuddur. Parlaq rənglər və motivasiyaedici divar yazıları ilham verən iş şəraiti yaradır. Rahat oturacaqlar və gözəl işıqlandırma müştərilərə rahatlıq vəd edir. Saatlıq əlavə ödənişlə iclas otaqları 10 manatdır, lakin saat 18:00- dan sonrakı saatlar 15 manatla hesablanır. 

4. “Regus” – burada ofisi bir günlük, həftəlik və ya illik icarəyə götürmək imkanı mövcuddur. Yüksək sürətli internet, telefon, kommunal xidmətlər və qəbul xidmətləri daxil olmaqla tam təchiz olunmuş ofislə sizi təmin edirlər.  Bu məkan daha çox biznes yönümlü müştərilərə xidmət etdiyi üçün burada interyer klassik ofis üslubundadır. İki filialı mövcuddur : Tbilisi prospekti 35 və 8 Noyabr prospekti 25E. 

Coworking mərkəzlərindən əlavə frilanserlər üçün kitabxanalarda və kofeşoplarda da işləmək imkanı vardır. Müxtəlif məkanlar mövcuddur, Bakibaku.az olaraq sizə uyğun olan məkanları seçmişik : 

1. “Baku Book Center” – məkanın 2-ci mərtəbəsində yerləşən kitabxanada rahatlıqla çalışmaq üçün həm iş masaları, həm də sakitlik mövcuddur. Geniş kitab rəfləri, rahat oturma sahəsi və işıqlandırması ilə diqqəti cəlb edir. Burada işləmək üçün ödəniş etməyə ehtiyac yoxdur, sadəcə su və yemək içəri buraxılmır. Lakin məkanın 1- ci mərtəbəsində rahatlıqla çalışmaq üçün kofeşop mövcuddur. Burada çalışmaq üçün menyudan sifariş vermək lazımdır. Sürətli internet imkanından istifadə etmək olar. Məkan Üzeyir Hacıbəyli 5 ünvanında yerləşir. 

2. Azərbaycan Milli Kitabxanası – ölkənin ən böyük kitabxanasıdır. Kitabxananın geniş oxu zalları, yüksək tavanlar və böyük pəncərələrlə zəngindir ki, bu da ziyarətçilərə rahat mütaliə və çalışmaq şəraiti yaradır. Hər gün saat 10:00-dan 20:00-dək fəaliyyət göstərir. Xəqani Küçəsi 29-da yerləşir. Burada çalışmaq üçün öz adınıza kart açdırmalısınız. Kartı açdırmaq üçün ödənişsizdir, eyni zamanda içəridə çalışmaq üçün ödəniş etməyə ehtiyac yoxdur. Yay vaxtı kitabxananın həyətində, qış vaxtı isə içərisində sakit və komfortlu şəkildə çalışmaq olur. Kitabxana bazar ertəsindən başqa bütün günlər fəaliyyət göstərir. 

3. GMT Arena – müasir kibersport arenasıdır və Tərlan Əliyarbəyov 6 ünvanında yerləşir. Burada rahat işləmək üçün xüsusi kovorkinq zonası var. İstirahət üçün isə həmişə ətirli qəhvə, dadlı desertlər və sendviçlər mövcuddur.  Kompüterlər üç kateqoriyaya bölünür: Standart, VIP və PRO. Sürətli və stabil internet rahat işləməyinizə imkan yaradır. Arena səhər saat 10:00-da açılır və səhər saatları sakit bir mühitdə işləmək üçün ən ideal vaxtdır. Məkan səhər saat 6:00-a qədər fəaliyyət göstərir.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə müraciət edib.

Ən son

GÜNDƏM

Qışın əsl gözəlliyi qarın yağmasındadır. Qar yağarkən şəhər də sanki gözəlləşir.

GÜNDƏM

Qışın əsl gözəlliyi qarın yağmasındadır. Qar yağarkən şəhər də sanki gözəlləşir.