Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/31/2025

Paylaşın

GÜNDƏM

Bakıda “Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu” keçirilib

Bakibaku

Bakıda 2 Fevral Azərbaycan Gəncləri Günü ilə əlaqədar “Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu” keçirilib.
Baki-baku.az xəbər verir ki, 200-dən çox könüllünü bir araya gətirən forumun əsas məqsədi üzv təşkilatların fəaliyyətinin artırılması, dayanıqlı inkişafının təmin edilməsi, təşkilatlar arasında effektiv əlaqələrin qurulması, təcrübə mübadiləsinin təşviqi və kollektiv layihələri həyata keçirmək olub.
Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev çıxışında Gənclər Gününün Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilməsi və bu günün Azərbaycan gəncliyinə verilən yüksək önəmin göstəricisi olduğunu vurğulayıb.
O qeyd edib ki, könüllülük fəaliyyəti gənclərin şəxsi və peşəkar inkişafına töhfə verərək, eyni zamanda cəmiyyətə xidmətin mühüm bir formasıdır:
“Forum könüllü təşkilatlarının bir araya gəlməsi və gənclərin ideya mübadiləsi aparması üçün mühüm platformadır. Həmçinin könüllülük hərəkatının regional miqyasda da genişləndirilməsi vacibdir. Regionlarda karyera imkanlarının artırılması, gənclərin gələcək iş həyatına hazırlığına və şəxsi inkişafına müsbət təsir göstərir. Könüllü fəaliyyətlər gənclərə təcrübə qazandırmaq və onların iş bazarında rəqabət üstünlüyü əldə etmələri üçün əvəzsiz bir vasitədir”.
Daha sonra forumda gənc regional nümayəndələr və bir qrup Azərbaycan Könüllüləri səmərəli fəaliyyətlərinə görə mükafatlandırılıb.
Forum “Könüllülük hərəkatında yeni perspektivlər və dayanıqlı inkişaf” adlı panel sessiya ilə davam edib. Bildirilib ki, könüllülük fəaliyyətlərinin dayanıqlı inkişafını təmin etmək üçün strategiyalar hazırlanmalı, resurs çatışmazlığı, motivasiya və koordinasiya kimi problemlərin həlli istiqamətində addımlar atılmalıdır.
Qeyd edək ki, forum Azərbaycan Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə baş tutub.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Şəhər hakimiyyətinin tarixi çox vaxt öz-özünə mövcud olan bir anlayış kimi qəbul edilir: şəhər varsa, deməli idarəetmə orqanları,

Ən son

GÜNDƏM

Dekabrın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

GÜNDƏM

Dekabrın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin