Nəşr edilmişdir 09/30/2024

Paylaşın

XƏBƏRLƏR

Bakıda KOB-ların Rəqəmsallaşması Proqramının açılış mərasimi keçirilir

Bakıda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBIA) birgə iştirakı ilə KOB-ların Rəqəmsallaşması Proqramının açılış mərasimi keçirilir.

“BakıBaku” “AZƏRTAC“-a istinadən xəbər verir ki, tədbirdə bir sıra dövlət qurumlarının nümayəndələri, eləcə də KOB subyektləri iştirak edirlər.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov tədbiri giriş nitqi ilə açaraq iştirakçıları ölkədə rəqəmsallaşma siyasəti çərçivəsində rəqəmsal hökumət, cəmiyyət və biznes istiqamətlərində həyata keçirilən fəaliyyətin icmalı ilə tanış edib. KOB-ların rəqəmsallaşması proqramının mahiyyəti və əhəmiyyətinə toxunan S.Məmmədov bildirib ki, proqramın başlıca məqsədi rəqəmsallaşmanı təşviq etməklə kiçik və orta biznesləri dəstəkləmək, onların effektivliyini, rəqabət qabiliyyətini və bazar əhatəsini genişləndirməkdir.

“KOB-ların rəqəmsal alətlər, strategiyalar və qabaqcıl təcrübələr haqqında maariflənməsi məqsədilə seminarlar və təlim proqramları təşkil olunacaq, eyni zamanda “CTO-as-a-Service” vauçerləri kimi təşəbbüslərlə bacarıqların artırılması dəstəklənəcək”, – deyə nazir müavini vurğulayıb.

O, həmçinin bu proqramın “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda yer alan kiçik və orta sahibkarlığın inkişafının yeni və daha səmərəli stimullarla təşviq edilməsi məqsədinə xidmət etdiyini də vurğulayıb.

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

“Quacquarelli Symonds” (QS) 2024 sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı”nda Azərbaycan 4 istiqamət üzrə 3 ali

xəbərlər

Ən son

XƏBƏRLƏR

COP29 ərəfəsində Heydər Əliyev hava limanına gedəcək vətandaşlardan səfərlərini tədbirdən daha öncə planlamaları və alternativ

XƏBƏRLƏR

Bakı, 17 oktyabr, BAKIBAKU Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Bakı Olimpiya Stadionunun ərazisində COP29-a

XƏBƏRLƏR

Prezident İlham Əliyev Füzulinin işğaldan azad edilməsinin dördüncü ildönümü ilə bağlı paylaşım edib. BakıBaku xəbər verir ki, paylaşımda