Nəşr edilmişdir 04/06/2025

Paylaşın

GÜNDƏM

Bakıda keçiriləcək Beynəlxalq Xalça Festivalının tarixi açıqlanıb

IMG-20250403-WA0110

Mayın 2-4-də Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Azərxalça” ASC-nin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə İçərişəhərdə Beynəlxalq Xalça Festivalı keçiriləcək.

Baki-baku.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, festivalın əsas məqsədi Azərbaycan xalçaçılıq sənətini dünya müstəvisində tanıtmaq, onun zəngin irsini və gələcək inkişaf perspektivlərini nümayiş etdirmək, dünya xalçaçılarının təcrübə və bacarıqlarından bəhrələnməkdir.

Festival mayın 2-də Beynəlxalq Xalça Forumu ilə açılacaq. Forum xalça sənayesinin aparıcı mütəxəssislərini, dizaynerləri, istehsalçıları və tədqiqatçıları bir araya gətirəcək. Plenar sessiyalar, panel müzakirələri, B2B görüşlər və gənc alimlər üçün xüsusi sessiyalar təşkil olunacaq.

3-4 mayda festival İçərişəhərin tarixi küçələrində davam edəcək. Qədim karvansaraylar və meydanlar xalça sərgiləri, ustad dərsləri, interaktiv teatr tamaşaları və musiqili tədbirlərə ev sahibliyi edəcək. Müxtəlif ölkələrdən gələn nümayəndələr öz xalçaçılıq ənənələrini təqdim edəcək, iştirakçı ölkələrin milli pavilyonları fəaliyyət göstərəcək.

Festival İçərişəhərin UNESCO Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25, Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsinin isə 15 illiyi ilə üst-üstə düşür.

Festival günlərində xalçaçılıq sənətinə dair eksklüziv sərgilər, ustad dərsləri, interaktiv tədbirlər, konsert proqramları və uşaqlar üçün xüsusi maarifləndirici fəaliyyətlər təşkil olunacaq.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Sahil qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

Ən son

GÜNDƏM

Bütün ruhu, duyğuları, sevgiləri ilə Azərbaycan olan Ulu Öndər Heydər Əliyev mayın 10-da, Naxçıvanda –

GÜNDƏM

Bütün ruhu, duyğuları, sevgiləri ilə Azərbaycan olan Ulu Öndər Heydər Əliyev mayın 10-da, Naxçıvanda –