Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/12/2026

Paylaşın

GÜNDƏM

Bakıda keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-prisi üçün marşal qeydiyyatı başlayıb

WhatsApp Image 2026-03-12 at 13.15.11

Bu il Bakıda keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-prisi üçün marşal qeydiyyatına start verilib.
Bu barədə Baki-baku.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən bildirilib.
Qurum marşal proqramına qoşulmaq istəyən namizədləri qeydiyyatdan keçməyə dəvət edib.
Yaşı 21-dən yuxarı olan və dünyanın istənilən ölkəsində yaşayan şəxslər marşal proqramına qoşula bilərlər. Azərbaycan Avtomobil Federasiyası marşal proqramını uğurla tamamlayan iştirakçıları Beynəlxalq Avtomobil Federasiyası tərəfindən tanınan beynəlxalq rəsmi marşal lisenziyası ilə təltif edəcək.
Bu lisenziya marşallara yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində keçirilən “Formula 1” üzrə Qran-prilər və digər avtomobil idmanı yarışlarında iştirak etmək imkanı yaradır.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Rusiya Prezidenti Vladimir Putin martın 11-də azərbaycanlı həmkarı İlham Əliyevə zəng edib.

Ən son

GÜNDƏM

Bakıda və Abşeron yarımadasında martın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz

GÜNDƏM

Bakıda və Abşeron yarımadasında martın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin