Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/30/2025

Paylaşın

GÜNDƏM

Bakıda kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı layihələr hazırlanıb

IMG-20250130-WA0054

Bakı şəhərində kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı layihələr hazırlanıb və müvafiq qurumlara təqdim olunub.
Baki-baku.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Etibar Məmmədov “Su şəbəkəsinə qoşulma” işçi qrupunun iclasında deyib.
O qeyd edib ki, yaxın zamanlarda bu layihələrin icrası, yəni böyük tunellərin və kanalizasiya kollektorlarının inşası ilə bağlı dövlət proqramı qəbul olunacaq:
“Artıq bu istiqamətdə Prezident İlham Əliyevin tapşırıqları verilib və yaxın gələcəkdə kanalizasiya sisteminə qoşulmada ciddi problemlər olmayacaq. Ümumiyyətlə, bəzi problemlər mövcuddur. Bu problemlər əsasən mərkəzləşmiş sistemin olmadığı yerlərdə yaranır. Belə ki, sahibkarlar üçün bu sistemə qoşulmaq mümkün olmur. Bu da təbiidir, çünki istehsalçılar bu gün sudan istifadə edirlər, lakin mərkəzləşmiş sistemə qoşula bilmirlər. Bunun əvəzinə, model tipli qurğulardan istifadə edərək hələlik öz bizneslərini inkişaf etdirə bilirlər. Bu istiqamətdə aidiyyəti qurumlar tərəfindən hər hansı bir dəstək, kömək və ya tövsiyə lazım olarsa, biz hər zaman hazırıq və bu məsələləri həll etməyə çalışırıq”.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycanın ən qədim və özünəməxsus yaşayış məntəqələrindən biri olan Lahıc əsrlər boyu xalq sənətkarlığı, memarlıq irsi və zəngin

Ən son

GÜNDƏM

Bu gün dünyada 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur.

GÜNDƏM

Bu gün dünyada 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin