Nəşr edilmişdir 10/02/2024

Paylaşın

XƏBƏRLƏR

Bakıda IV Xəzər Su İnnovasiya Forumu keçirilib

“Aqualink” MMC-nin təşkilatçılığı və “Caspian Energy Club”ın baş networking tərəfdaşlığı ilə IV Xəzər Su İnnovasiya Forumu keçirilib.

Bu barədə “Aqualink” şirkətinin icraçı direktoru və Xəzər Su İnnovasiya Forumunun təsisçisi Orxan Mikayıl məlumat verib.

Forum, dünyanın müxtəlif bölgələrindən gəlmiş görkəmli ekspertlərini, hökumət rəsmilərini, yerli və beynəlxalq şirkətlərin nümayəndələrini, mütəxəssislərini bir araya gətirərək, onlara cari problemləri müzakirə etmək və bu sahədə innovativ həllər tapmaq üçün unikal bir platforma təqdim edib. “Suya dəyər qatırıq” konsept mesajı ilə həyata keçirilən IV Xəzər Su İnnovasiya Forumu “Nijhuis Saur Industries”, “AO Smith”, “Chemya” şirkətləri və “Referans” Klinik Laboratoriya Mərkəzinin baş sponsorluğu ilə baş tutub.

Bu əhəmiyyətli forum, regionda su təəssüfatının effektiv idarəedilməsi, yeni texnologiyaların tətbiqi və dövlət ilə özəl sektor arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə təşkil olunub və bir sıra nüfuzlu spikerlərin və xarici ekspertlərin iştirakı ilə həyata keçirilən tədbir, iştirakçılara yeni fikirlər və yanaşmalar təqdim edib.

Forumun proqramı iki əsas paneldən ibarət olub ki, hər biri su ehtiyatlarının idarə olunmasının spesifik aspektlərinə dərindən nəzər salmağı təklif edib.

Əvvəlcə Niderland Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Pauline Eizemanın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji təhlükəsizlik fəaliyyətinin təhlili və qiymətləndirilməsi şöbəsinin müdiri Aytən Seyidovanın, “Aqualink” şirkətinin icraçı direktoru və Xəzər Su İnnovasiya Forumunun təsisçisi Orxan Mikayılın, “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyevin və Su və Meliorasiya Elmi Tətqiqat İnstitutunun hidroloji tətqiqatlar şöbəsinin müdiri Rəşail İsmayılovun açılış niqləri dinlənilib.

İştirakçıları salamlayan Niderland Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Pauline Eizema, Azərbaycanın su idarəçiliyinin yeni dövrünə qədəm qoyduğunu və bu sahədə müasir və innovativ yanaşmaların tətbiqini hədəflədiyini qeyd edib. Onun sözlərinə görə, forum Niderland həllərinin burada həyata keçirilən iddialı layihələrin dəstək yollarını müzakirə etmək üçün unikal bir platforma təqdim edir.

“Su ehtiyatlarının və təsərrüfatının idarəedilməsində beynəlxalq təcrübələr” adlı ilk panelin moderatorluğu Rotterdamın Erasmus Universitetinin İdarəetmə və İctimai Siyasət üzrə baş müəllimi Fərhad Muxtarov tərəfindən həyata keçirilib. Paneldə “Royal Haskoning DHV”nin İqlim dəyişmələri üzrə konsaltinq qrupunun direktor müavini Dirkyan Douma, “IHE Delft Institute for Water Education”un dosenti Saroj Kumar Şarma, “Wageningen University & Research” baş elmi işçisi Katariyen Tervisça van Şeltinqa, ADSEA-nın Elm və İnnovasiyalar sektorunun müdiri Əliağa Əzizov və “Nijhuis Saur Industries”in regional meneceri Aleksandr Khodakov tədbirin spikerləri sırasında yer alıblar.

Müzakirələr zamanı su təchizatının aspektləri, ekoloji dayanıqlılıq, su ehtiyatları sahəsində aparılan son tədqiqatlar və elmi yanaşmanın vacibliyi kimi mühüm məsələlər iştirakçıların diqqətinə çatdırılıb. Panel, iştirakçıların suallarını birbaşa yönləndirdiyi canlı sual-cavab sessiyası ilə yekunlaşıb.

İkinci panel “İşğaldan azad edilmiş ərazilərdə su ehtiyatlarının idarəedilməsi və ekoloji təsirləri” mövzusuna həsr edilib. Burada Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının mövcud və perspektiv hidroenerji imkanları, işğaldan azad olunmuş ərazilərdə su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi yanaşmasının əhəmiyyəti, işğaldan azad olunmuş ərazilərdə su ehtiyatlarından səmərəli istifadə və kənd təsərrüfatının modern təşkilinə baxış su təsərrüfatlarında dayanıqlı layihə menecmenti təcrübələri müzakirə olunub və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

İkinci panelin moderatoru Xəzər Universitetinin professoru Rövşən Abbasov olub. Panel Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Torpaq və sudan istifadəyə nəzarət şöbəsinin müdiri Firidun Tağıyev “Azərenerji” ASC-nin SES-in istismarı və təmiri xidmətinin rəhbəri Rüstəm Rəcəbov, İnkişaf və Diplomatiya İnstitutu, ADA Universitetinin Baş Elmi İşçisi Həcər Hüseynova, ADSEA-nın İnvestisiyaların idarə olunması və layihələrin təhlili şöbəsinin böyük məsləhətçisi Orxan Oruclu, və “PMO.az” MMC-nin təsisçisi Rəşad İbrahimov kimi peşəkar spikerlərin iştirakı ilə baş tutub.

İkinci paneldən sonra sual-cavab sessiyası olub və iştirakçılar fəal şəkildə fikir mübadiləsi apararaq ümumi həlləri müzakirə ediblər.

Forumun sonunda iştirakçılara yeni işgüzar əlaqələr qurmağa və əməkdaşlıq imkanlarını müzakirə etməyə imkan verən B2B görüşləri keçirilib. Tədbirin yekununda Orxan Mikayıl qeyd edib ki, “Dövlət və özəl sektorlar arasında əməkaşlığın dərinləşdirilməsi, su ehtiyyatlarının idarə olunmasında özəl sektorun aktiv iştirakının təmin edilməsi və təşviqi bizim əsas məqsədlərimizdən biridir. Bu gün forumda müzakirə olunan məsələlərin mərkəzində suya qənaət edən texnologiyaların tətbiqi dayanır ki, bunu həm cəmiyyərimizdə, həm də dövlət qurumlarımızla özəl sektor nümayəndələrinə çatdırmağa çalışırıq”.

“Aqualink” şirkəti peşəkar su mühəndisliyi və kimyəvi maddələrin təchizatı sahəsində 2010-cu ildən etibarən fəaliyyət göstərir. Şirkət su, çirkab su təmizləmə sistemləri, suların fiziki və kimyəvi təmizlənməsi, təkrar emalı, mühəndisliyi, nasos və nasos stansiyaların quraşdırılması sahəsində uzunillik təcrübəyə və ixtisaslaşmaya malikdir.

“Aqualink” şirkəti ölkədə ən geniş sahəvi nümayəndəliklərə və beynəlxalq səviyyədə tanınarlığa malikdir. Şirkət 53-dən artıq beynəlxalq su və kimya texnologiyaları və həlləri təqdim edən şirkətlərin regionda rəsmi tərəfdaşı və eksklüziv nümayəndəsidir.

“Aqualink” şirkəti idarəetmədə beynəlxalq keyfiyyət siyasətini tətbiq etməklə şirkət daxili və şirkət xarici xidmətlərinin yüksək səviyyədə tətbiqini həyata keçirir. Şirkət İSO 9001:2015, ISO 14001: 2015 sertifikatlarına malikdir.

“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.

Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. Klubun, həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədilə yaradılıb. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas öhdəliklərindən biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də, bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.

Mənbə: Azərtac

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Karikatura sənəti tarix boyunca insanları düşündürən və güldürən bir ifadə vasitəsi olmuşdur. Karikaturanın yaranması qədim dövrlərə, xüsusilə də

xəbərlər

Ən son

XƏBƏRLƏR

Bakının Səbail rayonunda, Rixard Zorge küçəsi ilə akademik Zərifə Əliyeva küçəsinin kəsişməsində yeni bir yaşıl

XƏBƏRLƏR

Bakı, 17 oktyabr, BAKIBAKU Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Bakı Olimpiya Stadionunun ərazisində COP29-a

XƏBƏRLƏR

Prezident İlham Əliyev Füzulinin işğaldan azad edilməsinin dördüncü ildönümü ilə bağlı paylaşım edib. BakıBaku xəbər verir ki, paylaşımda