Nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi küçə və prospektlərdə işıq dirəklərinin vurulmasına daha çox təsadüf edilir.
Bunu Baki-baku.az-a açıqlamasında “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinin texniki şöbəsinin rəisi Anar Sultanov deyib.
O bildirib ki, bu yollara Heydər Əliyev, 8 Noyabr, Ziya Bünyadov prospektləri, Binəqədi-Balaxanı yolu, hava limanına gedən yol və sair daxildir.
Anar Sultanov qeyd edib ki, işıq dirəkləri qəbul edilmiş standartlara uyğun olaraq 30-35 metr məsafə aralığında quraşdırılır: “Qeyd edək ki, Müəssisəmiz tərəfindən işıq dirəklərinin texniki vəziyyətinin yoxlanılması ilə bağlı mütəmadi monitorinqlər keçirilir, qəzalı vəziyyətdə olan işıq dirəyi aşkarlandıqda ərazidən götürülür və həmin yerdə yeni işıq dirəyinin quraşdırılması təmin edilir”.
Açıqlamanın geniş mətni ilə buradan tanış ola bilərsiniz.