Nəşr edilmişdir 10/02/2024

Paylaşın

XƏBƏRLƏR

Bakıda ilk inklüziv kafe fəaliyyətə başlayıb

Bakıda əlilliyi olan şəxslərin də çalışacağı ilk inklüziv kafe – “Kaşalata” kafe fəaliyyətə başlayıb.


Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, kafenin açılışında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Fərid Qayıbov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, dövlət və özəl sektorun nümayəndələri iştirak ediblər.

Qonaqlar kafedə yaradılmış şərait və iş mühiti ilə tanış olub, burada məşğulluğu təmin edilmiş əlilliyi olan şəxsləri yeni işləri münasibətilə təbrik ediblər.

Nazir S.Babayev həssas qrupların cəmiyyətdə bərabər imkanlara sahib olmasının və onlar üçün inklüziv imkanların yaradılmasının ölkəmizdə aparılan sosial siyasətin prioritet istiqamətlərindən olduğunu bildirib.

“Kaşalata” kafenin də əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasında mühüm rol oynayacağından əminliyi ifadə edib.

Qeyd edək ki, “Birgə və Sağlam” İB-nin təşəbbüsü ilə təsis edilən “Kaşalata” kafe əlilliyi olan gənclərin inklüziv mühitdə məşğulluğuna dəstək olmaq və onların cəmiyyətə inteqrasiyasını təşviq etmək məqsədi daşıyır.

Ü.Hacıbəyli küçəsi, 57 ünvanında yerləşən kafedə ümumilikdə 20 gəncin məşğulluğu təmin olunub ki, onlardan 10 nəfəri əlilliyi olan gənclərdir.

Kafenin yaradılmasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, KOBİA, SOCAR, “Pasha Holding” və “Trendyol Azərbaycan” tərəfindən dəstək göstərilib.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bu reyslər sərnişinlərə şəhərin zəngin tarixi və mədəni irsi ilə tanış olmaq imkanı yaradır.

Ən son

TARİXİMİZ

Tarixlə müasirlik arasında körpü olan, Bakını mərkəzi rayonlarından biri sayılan, adını qədim Yasamal dərəsindən

TARİXİMİZ

Tarixlə müasirlik arasında körpü olan, Bakını mərkəzi rayonlarından biri sayılan, adını qədim Yasamal dərəsindən