Bakının Səbail rayonunda yerləşən Azərbaycan İstiqlal Muzeyinin ətrafında ictimai asayişi və qanunvericiliyi pozan hal qeydə alınıb.
Baki-baku.az xəbər verir ki, naməlum şəxslər tərəfindən muzeyin ətrafındakı baryerə və tullantı qabına qadağan olunmuş simvollar çəkilib. Hadisə həm ictimai ərazinin görünüşünə zərər vurub, həm də cəmiyyət tərəfindən narazılıqla qarşılanıb.
Qeyd edək ki, ictimai məkanlarda qadağan olunmuş simvolların çəkilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə ziddir və bu cür əməllər inzibati və ya cinayət məsuliyyəti yarada bilər.
Faktla bağlı aidiyyəti qurumlar məlumatlandırılıb və tezliklə həllini tapacağına ümid edirik.
