Nəşr edilmişdir 02/17/2025

Paylaşın

GÜNDƏM

Bakıda hotellərdən birinin fəaliyyəti dayandırılıb

IMG-20250217-WA0115

Bakıda hotellərdən birinin fəaliyyəti dayandırılıb.
Bu barədə Baki-baku.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti Bakının Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi, ev 13 ünvanında yerləşən “Continental” otelində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığını müəyyən edib.
Belə ki, obyektdə yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, obyektin zirzəmisindən anbar kimi istifadə olunur və burada yanar materiallar saxlanılır, obyekt yanğın su hovuzu ilə təmin olunmayıb, elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib və müvafiq akt tərtib edilməyib, obyektin tüstü bacası təmizlənməyib.
Bildirilib ki, obyektin sonuncu mərtəbəsi ehtiyat çıxış qapısı ilə təmin olunmayıb, obyektin həyətində taxta tullantılar yığılıb, mətbəxdə quraşdırılmış qaz xəttində yivli birləşmələrdən istifadə olunub, obyekt odsöndürən balonlarla tam təmin olunmayıb və istifadəyə yararsız balonların tərkibi yenisi ilə dəyişdirilməyib, təxliyə planı düzgün tərtib edilməyib.
Məlumata görə, obyektin taxta konstruksiyalarına odadavamlı məhlul hopdurulmayıb, obyektin daşınmaz əmlakı qanuna uyğun olaraq sığorta olunmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Bütün bunlar nəzərə alınaraq yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş hotelin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və onun bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə müraciət edib.

Ən son

GÜNDƏM

Qışın əsl gözəlliyi qarın yağmasındadır. Qar yağarkən şəhər də sanki gözəlləşir.

GÜNDƏM

Qışın əsl gözəlliyi qarın yağmasındadır. Qar yağarkən şəhər də sanki gözəlləşir.