Nəşr edilmişdir 04/17/2025

Paylaşın

GÜNDƏM

Bakıda hava şəraiti ilə əlaqədar sınan ağaclar götürülüb, zədələnənlər bərpa edilir

Artıq ikinci gündür ki, Bakı və Abşeron yarımadasında güclü küləklə müşayət olunan leysanla bağlı şəhər kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejimində çalışırlar.
Baki-baku.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, aprel ayının 15-dən başlayan leysanla müşahidə edilən şiddətli küləyin sürəti saatda 90 km-ə çatıb və şəhərin müxtəlif rayonlarında 368 ağacın sınmasına, 55-dən çox ağacın budaqlarının qırılmasına səbəb olub.
Qeyd edilməlidir ki, dünyanın bir sıra şəhərlərində olduğu kimi, Bakı şəhərində də torpağın yarımsəhra iqlim şəraitinə malik olması, torpaq qatının nazikliyi bəzi hallarda ağacların kök sisteminin zəif inkişafına gətirib çıxarır. Bu da, güclü külək qarşısında ağacların dözümlülüyünü zəiflədir, leysan xarakterli yağış isə bu prosesi daha da sürətləndirir. Həmçinin təsadüfi deyil ki, Bakıda aşan ağacların əksəriyyəti 1960-1970-ci illərdə əkilib və aşma səbəbindən biri də yaşlarının həddindən çox olmasıdır.
Bütün gecə və hazırki vaxtda qırılan ağacların Birliyinin əməkdaşları tərəfindən kəsilməsi, zədələnənlərin budanması və ərazinin təmizlənməsi işləri aparılır. Eyni zamanda şiddətli külək nəticəsində zədələnmiş, aşma təhlükəsi olan ağaclara aqrotexniki qulluq göstərilir, dayanıqlılığının artırılması üçün dirəklər verilir və bərpası istiqamətində işlər həyata keçirilir.
Hazırda birliyin mobil qrupları şəhərin müxtəlif ərazilərində gücləndirilmiş iş rejimində işlərini davam etdirir.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakı şəhərinin mərkəzində, Nizami küçəsinin daim hərəkətli və cəlbedici həyatı fonunda, diqqətdən kənarda qalan bir tikili var

Ən son

GÜNDƏM

Yaşıl bananların müntəzəm istehlakı kolorektal xərçəng riskini əhəmiyyətli dərəcədə azalda bilər.

GÜNDƏM

Yaşıl bananların müntəzəm istehlakı kolorektal xərçəng riskini əhəmiyyətli dərəcədə azalda bilər.