Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/19/2025

Paylaşın

GÜNDƏM

Bakıda Gürcüstanın Müstəqillik Günü münasibətilə təntənəli tədbirlər keçiriləcək

IMG-20250408-WA0151_converted

Gürcüstanın Xarici İşlər və Mədəniyyət nazirlikləri və Heydər Əliyev Mərkəzi mayın 23-24-də Bakıda Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş bir sıra tədbirlər təşkil edəcək.
Baki-baku.az Gürcüstan səfirliyinə istinadən xəbər verir ki, mayın 23-də Bakıda təşkil ediləcək diplomatik qəbulda Gürcüstandan olan məşhur musiqiçilər Azərbaycanda tanınan kompozisiyalarla çıxış edəcəklər.
Bundan başqa, dünyaşöhrətli somelyelər gürcü şərablarının dequstasiyasını keçirəcək, gürcü aşpazlar isə gürcü mətbəxi üzrə ustad dərsləri keçəcəklər.
Qonaqlar həmçinin Gürcüstanın ənənəvi zərgərlik məmulatları və geyimlərinin sərgisi ilə tanış ola biləcəklər.
Mayın 24-də Heydər Əliyev Mərkəzində simfonik orkestrin, “Music Band” musiqi qrupunun, “Şvidkatsa” ansamblının və məşhur gürcü solistlərin iştirakı ilə qala-konsert keçiriləcək. Konsertdə Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadze fəxri qonaq qismində iştirak edəcək.
Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş tədbirlərdə Azərbaycan Prezident Administrasiyasının rəsmiləri, icra və qanunverici hakimiyyət nümayəndələri, Gürcüstandan olan yüksək vəzifəli qonaqlar, ölkədə akkreditə olunmuş diplomatik korpus və tanınmış ictimai xadimlər iştirak edəcəklər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Təsəvvür edin XVIII əsrin Londonunu — şam işığı parıldayır, ipək parçalar, maskalar və musiqi havanı doldurur

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin