Nəşr edilmişdir 07/04/2025

Paylaşın

GÜNDƏM

Bakıda elektrikli velosipedlərin parkı genişlənir

Bakıda mikromobilliyin inkişaf etdirilməsi prosesi davam edir.
Baki-baku.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən infrastrukturun genişləndirilməsi, velosiped və skuterlərlə rahat və təhlükəsiz hərəkət üçün mikromobillik zolaqlarının uzunluğunun artırılması və onların bağlılığının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərə paralel olaraq, velosiped parkının genişləndirilməsi üçün də addımlar atılır. Belə ki, artan tələbatı nəzərə alaraq, “APAR” şirkəti bu günlərdə paytaxta yeni elektrikli velosipedlərin gətirilməsi və istifadəyə verilməsini təmin edib.
Müasir rəqəmsal texnologiyalar əsasında yaradılmış platformadan istifadə edərək velosiped həvəskarları onları şəhərin müxtəlif yerlərində yaradılmış məntəqələrdə icarəyə götürə bilərlər.
Yeni velosipedlər ən son texnologiyalar əsasında yaradılıb və əvvəlki modellərlə müqayisədə bir sıra üstünlüyə malikdir. Konstruksiyanın təkmilləşdirilməsi sayəsində onlar istismarda daha praktikdir, yeni erqonomik dizayna və daha az çəkiyə malikdir, hərəkət sürətini və batareyanın doldurulma səviyyəsini göstərən displeylə təchiz edilib. Oturacağın hündürlüyünü insan boyuna daha dəqiq uyğunlaşdırmaq mümkündür ki, bu da hərəkət zamanı rahatlığı və təhlükəsizliyi təmin edir.
Mikromobillik infrastrukturunun daha da inkişaf etdirilməsi, velosiped və skuter parkının yenilənməsi üzrə işlər davam etdiriləcək.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakı qədim binaları, küçələri, məhəllələri, küləyi, dənizi və özünəməxsus xüsusiyyətləri ilə fərqləndirir.

Ən son

TARIXI ŞƏXSİYYƏTLƏR

İmkansız bir ailədə doğulan, Bakıdan Tiflisə qədər arabaçılıq etməklə ailəsini dolandıran, daha sonra Bakının neft

TARIXI ŞƏXSİYYƏTLƏR

İmkansız bir ailədə doğulan, Bakıdan Tiflisə qədər arabaçılıq etməklə ailəsini dolandıran, daha sonra Bakının neft