Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/17/2026

Paylaşın

GÜNDƏM

Bakıda Dayanıqlı Kənd Təsərrüfatı Sərgisi keçiriləcək

Dayanıqlı Kənd Təsərrüfatı Sərgisi

Bu il mayın 5-8-də Bakıda Dayanıqlı Kənd Təsərrüfatı Sərgisinin keçirilməsi İslam Ticarət və İnkişaf Palatasının rəsmi tədbirlər planına daxil edilib.

Baki-baku.az bu barədə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına (ASK) istinadən xəbər verir.

Məlumata görə, ötən gün Səudiyyə Ərəbistanının Məkkə şəhərində keçirilmiş 3-cü Məkkə Halal Forumu çərçivəsində Palatanın Baş Assambleyasının 41-ci iclası baş tutub. ASK-nın prezidenti Məmməd Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti iclasda iştirak edib.

Palatanın Direktorlar Şurasının sədri Abdullah Saleh Kamel qurumun böyük inkişaf yolu keçdiyini, Şuranın yeni tərkibindən daha səmərəli fəaliyyət və uğurlu nəticələr gözlədiyini bildirib. O, Palatanın illik fəaliyyət hesabatını təqdim edərək, qarşıdakı dövr üçün yeni layihələrin hazırlandığını diqqətə çatdırıb, üzv ölkələrə tərəqqi və sülh arzulayıb.

İclasda gündəliyə daxil edilmiş məsələlər ətrafında geniş müzakirələr aparılıb. Səsvermə nəticəsində A.S.Kamel yenidən Palatanın rəhbəri seçilib.

Baş Assambleya çərçivəsində Palatanın ümumi büdcəsi, eləcə də layihələr üzrə büdcə paketləri təqdim olunub, bu il həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə üzv ölkələrə ətraflı məlumat verilib. Həmçinin Keniya Palatanın yeni üzvü kimi qəbul olunub.

ASK 57 ölkənin təmsil olunduğu Direktorlar Şurasının üzvüdür. Konfederasiyanın Şurada yer alması ölkəmizin İslam dünyasında iqtisadi əməkdaşlığın inkişafına verdiyi töhfənin, eləcə də Azərbaycan biznesinin beynəlxalq səviyyədə artan nüfuzunun göstəricisi olmaqla yanaşı, yeni tərəfdaşlıqların formalaşmasına da mühüm zəmin yaradır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Klod Manyenin “Oskar” pyesi əsasında Xanım Aydının təbdili əsasında hazırlanan “Pul əhvalatı”

Ən son

GÜNDƏM

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan ayının başlaması ilə bağlı fətva verib.

GÜNDƏM

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan ayının başlaması ilə bağlı fətva verib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin