Nəşr edilmişdir 03/18/2025

Paylaşın

GÜNDƏM

Bakıda daha bir küçədə mikromobillik zolağı təşkil edilib

IMG-20250318-WA0131

Bakı şəhərinin Bəxtiyar Vahabzadə küçəsində mikromobillik zolağı təşkil edilib.
Bu barədə Baki-baku.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, bu küçədə mikromobillik zolağı salınarkən ümumi hərəkət zolaqlarının sayı saxlanılıb.
Digər yaxın küçələrdə də mikromobillik zolaqlarının çəkilməsi və həmin yol sahələrinin Mətbuat prospektindəki mövcud mikromobillik zolağı ilə əlaqələndirilməsi planlaşdırılır.
Həmin dairəvi zolaq sonradan şəhərin digər ərazilərindəki mikomobillik zolağı ilə birləşdiriləcək. Nəzərdə tutulan ərazilərdə velosiped və skuterlər üçün parklanma məntəqələri də yaradılacaq.
Həmçinin Bəxtiyar Vahabzadə küçəsində mikromobillik zolağı salınarkən sahibkarların maraqları qorunaraq avtomobillər üçün parklanma məntəqələri təşkil edilir.
Hazırda paytaxtda 360-dan çox velosiped və skuterlər üçün parklanma məntəqəsi yaradılıb və 35 kilometrdən çox mikromobillik zolaqları təşkil edilib. İstifadəçilərin təhlükəsizliyinin təmin olunması üçün qısa zamanda zolaq boyu təhlükəsizlik sədləri quraşdırılacaq.
Əhali arasında velosipeddən və skuterlərdən istifadəyə artan marağı, eləcə də bu nəqliyyat növünün geniş istifadəsinin mobillik, nəqliyyat sıxlığının azaldılması, ətraf mühitin qorunması, fiziki fəallığın artırılması və sağlam həyat tərzi baxımından əhəmiyyətini nəzərə alaraq, sakinlər üçün şəhər konsepsiyası çərçivəsində AYNA tərəfindən mikromobillik zolaqları şəbəkəsi genişləndiriləcək. Məqsəd xüsusilə yaxın məsafələrə səfərlər zamanı mikromobillik vasitələrini yol hərəkəti iştirakçıları üçün nəqliyyat vasitəsinə çevirməkdir.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Havanın temperaturu gecə 10-15° isti, gündüz 18-23° isti, dağlarda gecə 0-3° isti, gündüz 3-6° isti olacaq.

Ən son

GÜNDƏM

Baki-baku.az bildirir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına

GÜNDƏM

Baki-baku.az bildirir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına