Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/04/2026

Paylaşın

GÜNDƏM

Bakıda “Bir ömrün simfoniyası” – Möhtəşəm atəşfəşanlıq

“Bir ömrün simfoniyası”

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar metronun Gənclik” stansiyasının yaxınlığındakı istirahət parkında açıq havada Ulu Öndərin əziz xatirəsinə həsr edilən “Bir ömrün simfoniyası” adlı klassik musiqi konserti keçirilib.

Baki-baku.az xəbər verir ki, paytaxt sakinləri və qonaqların iştirakı ilə keçirilən konsertdə Mustafa Mehmandarovun rəhbəri və baş dirijoru olduğu “Archi” Kamera Orkestrinin ifasında musiqi əsərləri səsləndirilib.

Konsert zamanı səhnədə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən video-foto materiallar nümayiş etdirilib, onun sevdiyi klassik mahnılar səsləndirilib.

Qeyd edilib ki, son illərdə dövlətimizin başçısı İlham Əliyevin ölkəmizin və o cümlədən paytaxt Bakı şəhərinin inkişafı istiqamətində gördüyü işlər və həyata keçirilən böyük layihələr Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirib, istifadəyə verilən müasir istirahət parkları və bağlar paytaxtımızı parklar, yaşıllıqlar şəhəri edib.

Konsertdə Üzeyir Hacıbəyli, Qara Qarayev, Aqşin Əlizadə, Arif Məlikov, Müslüm Maqomayev kimi dahi Azərbaycan bəstəkarlarının unudulmaz bəstələri ilə yanaşı dünya şöhrətli Yohannes Brams və Astor Piazzollanın də əsərləri ifa edilib, Ulu Öndərin sevimli xalq mahnısı olan “Küçələrə su səpmişəm” mahnısı səsləndirilib.

Azərbaycanın mədəniyyət xadimlərinin bir-birindən maraqlı ifaları ilə keçən təntənəli konsert iştirakçıların böyük marağına səbəb olmuş, incəsənət xadimlərinin çıxışları sürəkli alqışlarla qarşılanmışdır.

Konsertə Müslüm Maqomayevin “Azərbaycan” mahnısının sədaları altında möhtəşəm atəşfəşanlıqla yekun vurulub.

“Bir ömrün simfoniyası”

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az həmin görüntüləri təqdim edir:

Ən son

GÜNDƏM

Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq və xanımı Stella Çunqonq Zəfər parkını ziyarət ediblər.

GÜNDƏM

Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq və xanımı Stella Çunqonq Zəfər parkını ziyarət ediblər.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin