Nəşr edilmişdir 11/23/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Bakıda bir kəsişmədə hərəkətin təşkilində dəyişikliklər edildi

61F0AC09-F3B1-4EC8-8045-565D6737BE75

Bakı şəhərinin yol infrastrukturu və hərəkət təhlükəsizliyinin təkmilləşdirilməsi istiqamətində daha bir yenilik həyata keçirilib.
Baki-Baku.az bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, 8 Noyabr prospekti ilə Qədir Məmmədov küçəsinin kəsişməsində hərəkətin təşkilində dəyişikliklər edilib.
Layihənin icrasından əvvəl, 8 Noyabr prospektindən Qədir Məmmədov küçəsinə sola dönmək mümkün deyildi. Eyni zamanda, Qədir Məmmədov küçəsindən sola dönərək 8 Noyabr prospekti ilə hərəkət etmək mümkün olmurdu.
Yeni layihənin icrasından sonra, işıqfor obyektləri quraşdırılaraq hərəkətin təhlükəsiz və rahat təşkili təmin edilib.
Bu dəyişikliklər nəqliyyat vasitələrinin manevr imkanlarını genişləndirərək, hərəkətin buraxma qabiliyyətinin artmasına və yol-nəqliyyat hadisələrinin qarşısını almağa kömək edəcək.
Qeyd edək ki, hazırda ərazidə nişanlanma işlərinin təşkili davam etdirilir.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bu reyslər sərnişinlərə şəhərin zəngin tarixi və mədəni irsi ilə tanış olmaq imkanı yaradır.

Ən son

TARİXİMİZ

Tarixlə müasirlik arasında körpü olan, Bakını mərkəzi rayonlarından biri sayılan, adını qədim Yasamal dərəsindən

TARİXİMİZ

Tarixlə müasirlik arasında körpü olan, Bakını mərkəzi rayonlarından biri sayılan, adını qədim Yasamal dərəsindən