Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/28/2025

Paylaşın

GÜNDƏM

Bakıda binaları birələr basıb – dezinfeksiya üçün kim cavabdehdir?

dezinfeksiya

Son vaxtlar Bakının müxtəlif ərazilərində çoxmənzilli yaşayış binalarını birələr basması ilə bağlı ciddi narahatlıqlar müşahidə olunur. Sakinlər binanın zirzəmilərində, pilləkən qəfəslərində və ümumi istifadə olunan sahələrdə birələrin çoxaldığını, bunun isə həm gigiyenik, həm də sağlamlıq baxımından təhlükə yaratdığını bildirirlər.
Baki-baku.az xəbər verir ki, birə problemi təkcə şəxsi narahatlıq yox, həm də ictimai sağlamlığa yönəlmiş təhlükə kimi qiymətləndirilməlidir. İstər uşaq, istər yaşlı fərq etmədən bu parazitlərin yayılması ilə bağlı şikayətlər gündən-günə artır. Üstəlik, bu hal binalarda yaşayanlar arasında narazılıq doğurur və aidiyyəti qurumlardan konkret addımlar gözlənilir.
Binaların dezinfeksiya edilməsi – yəni birələrə qarşı kimyəvi mübarizə tədbirlərinin aparılması Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin səlahiyyətinə daxildir. Lakin Mərkəzdən verilən cavablar bu sahədə aydın və çevik bir mexanizmin olmadığını göstərir. Belə ki, Mərkəz yalnız müqavilə bağlandıqdan sonra və ödəniş təmin edildikdə dezinfeksiya işlərinin aparıldığını bildirir. Əgər ödəniş yoxdur və tərəf müqaviləyə yanaşmırsa, tədbir də həyata keçirilmir.
Maraqlıdır ki, söhbət burada hər hansı kommersiya xidməti göstərən qurumdan deyil, ölkənin sanitariya və epidemioloji təhlükəsizliyinə cavabdeh olan əsas dövlət qurumlarından birindən gedir. Mərkəzin mövqeyi isə təəssüf ki, sadə vətəndaşın, xüsusilə də yaşayış mühiti təhlükə altına düşən insanların problemlərinə operativ yanaşılmadığını göstərir.
Birə kimi sürətlə yayılan və insan sağlamlığına təhlükə yaradan bir canlıya qarşı tədbirin sadəcə müqavilə məsələsinə bağlanması Mərkəzin fəaliyyətindəki qüsuru açıq şəkildə göstərir. Problemin yaranmasında müxtəlif texniki və maliyyə səbəbləri ola bilər, amma nəticə etibarilə məsuliyyət yükü Mərkəzin üzərində qalır.
Birə problemi təkcə fərdi deyil, ümumi bir sağlamlıq təhlükəsidir. Ona görə də bu məsələyə “əvvəl pul, sonra tədbir” yanaşması ilə deyil, vətəndaşların rifahı və təhlükəsizliyi baxımından yanaşmaq lazımdır. Dezinfeksiya tədbirləri, xüsusilə epidemioloji təhlükə daşıyan hallarda, birinci növbədə icra olunmalı və sonradan müqavilə və maliyyə məsələləri tənzimlənməlidir.
Sakinlərin gözləntisi də məhz budur – məsuliyyətin “kağız üzərindəki razılaşma”ya deyil, insanların real ehtiyaclarına əsaslanması.

Loading

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Heç düşünmüsünüz ki, niyə 1 saat 100 deyil, məhz 60 dəqiqədir?

Ən son

GÜNDƏM

Son vaxtlar Bakının müxtəlif ərazilərində çoxmənzilli yaşayış binalarını birələr basması ilə bağlı ciddi narahatlıqlar müşahidə

GÜNDƏM

Son vaxtlar Bakının müxtəlif ərazilərində çoxmənzilli yaşayış binalarını birələr basması ilə bağlı ciddi narahatlıqlar müşahidə