Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/14/2026

Paylaşın

GÜNDƏM

Bakıda Azərbaycan-İtaliya biznes forumu keçiriləcək

Azərbaycan-İtaliya biznes forumu

Bakıda Azərbaycan-İtaliya biznes forumunun keçirilməsi planlaşdırılır.

Baki-baku.az İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir ki, bu barədə AZPROMO və İtaliya Ticarət Agentliyi (İTA) arasında keçirilən görüşdə bildirilib.

Görüşdə İtaliya qurumları ilə potensial əməkdaşlıq istiqamətləri qeyd edilib, ölkəmizin investisiya imkanları, eləcə də Ələt Azad İqtisadi Zonasına dair təqdimatlar keçirilib.

Tərəflər bu il həmçinin Azərbaycan-İtaliya biznes forumu çərçivəsində AZPROMO ilə İTA arasında imzalanması nəzərdə tutulan Anlaşma Memorandumu və Fəaliyyət Planına dair fikir mübadiləsi aparıblar.

Görüşdə həmçinin Ələt Azad İqtisadi Zonasının, Kiçik və Orta Sənaye üzrə İtaliya Konfederasiyasının, İtaliyanın Depozitlər və Kreditlər Fondunun, Xarici Ticarətin Sığorta Xidmətlərinin və Xaricdə Fəaliyyət Göstərən Müəssisələr üçün İtaliya Cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan-İtaliya biznes forumunun keçiriləcəyi vaxt müəyyən edilməyib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan xalq yaddaşı yalnız padşahlar və sərkərdələrlə deyil, zülmə qarşı çıxan, ədaləti öz silahı ilə qoruyan qaçaqlarla da

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, məscid 1606-cı ildə Səfəvi hökmdarı I Şah Abbasın əmri ilə memar

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, məscid 1606-cı ildə Səfəvi hökmdarı I Şah Abbasın əmri ilə memar
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin