Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/06/2025

Paylaşın

GÜNDƏM

Bakıda avtomobillərin intensiv hərəkət etdiyi yola “sarı tor” çəkildi

Bakı şəhərində iki prospektin kəsişməsində yeni nişanlanma xətti çəkilib.

Baki-baku.az xəbər verir ki, paytaxtın Əhməd Rəcəbli ilə Ziya Bünyadov prospektinin kəsişməsində sarı kəsişmə tor xətti çəkilib.
Qeyd edək ki, “Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanununun 75-ci maddəsinə görə, əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır.

Habelə, hərəkət növbəliliyi işıqforun və ya nizamlayıcının siqnalları ilə müəyyən edilən yolayrıcı nizamlanan hesab edilir. Yanıb-sönən sarı siqnal olduqda, işıqforlar işləmədikdə və ya nizamlayıcı olmadıqda, yolayrıcı nizamlanmayan hesab edilir və sürücülər nizamlanmayan yolayrıcılarını keçmə qaydalarını və yolayrıcında quraşdırılmış üstünlük nişanlarını əsas tutaraq hərəkət etməlidirlər.

Bu qaydanı pozan şəxslər 100 manat və üç cərimə balı ilə cəzalandırılırlar.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Bakı Ali Neft Məktəbində olub.

Ən son

SİYASƏT

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xameneiyə

SİYASƏT

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xameneiyə
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin