Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/13/2025

Paylaşın

GÜNDƏM

Bakıda 93 nömrəli marşrutun avtobusları yenilənir

93 nömrəli marşrut, Marşrut, Avtobus

Bakının Sabunçu dəmoryol stansiyasını “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi və metronun “Dərnəgül” stansiyası ilə əlaqələndirən 93 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir.

Bu barədə Baki-baku.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Bildirilib ki, oktyabrın 14-dən sərnişinlərin xidmətinə veriləcək 10 ədəd “King Long” markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.

Yeni avtobusların xətlərə buraxılması ilə bu marşrut üzrə hərəkət intervalı 11-12 dəqiqə təşkil edəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Marşrut üzrə gedişhaqqı 0,60 AZN müəyyən edilib.

İctimai nəqliyyat sistemində sərnişinlərə keyfiyyətli xidmətin göstərilməsi məqsədilə marşrutlarda istifadə olunan avtobusların yenilənməsi mərhələli qaydada davam etdirilir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Qurban bayramı münasibətilə mayın 27-də Bakının məscidlərində bayram namazı qılınır.

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Xocalı şəhərində "Qarabağ Tekstil Evi" Məhdud Məsuliyyətli Cəmiyyətinin

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Xocalı şəhərində "Qarabağ Tekstil Evi" Məhdud Məsuliyyətli Cəmiyyətinin
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin