Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/11/2025

Paylaşın

GÜNDƏM

Bakıda 47 km-ə yaxın mikromobillik zolağı təşkil edilib

Mikromobillik zolağı, AYNA

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə həyata keçirilən layihə çərçivəsində 43 küçə və prospektdə 47 km-ə yaxın mikromobillik zolağı təşkil edilib.

Baki-baku.az AYNA-ya istinadla xəbər verir ki, son olaraq mikromobillik zolaqları Əbdürrəhim bəy Haqverdiyev küçəsi və İnşaatçılar prospektində yaradılıb. Növbəti mərhələdə zolaqların davamlılığının təmin edilməsi və şəhərin mərkəzi küçələrində mövcud olan zolaqlarla əlaqələndirməsi nəzərdə tutulur.

Görülən işlər nəticəsində müvafiq nişanlanma işləri aparılıb, təhlükəsizlik məqsədilə yol nişanları quraşdırılıb, əlçatanlığın təmin edilməsi üçün panduslar inşa olunub.

Avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün təhlükəsizlik sədləri təşkil edilib. Şəhərdə mövcud olan işıqfor dirəklərində velosiped bölmələri quraşdırılıb. Qeyd olunan istiqamətlərdə işlər davam etdirilir.

Həmçinin paytaxtda skuterlər üçün 650 parklanma məntəqəsi təşkil edilib. Velosipedlər üçün yaradılan 500 parklanma məntəqəsində isə 900-dən artıq velosiped dayanacağı quraşdırılıb.

Əhali arasında velosipeddən və skuterlərdən istifadəyə artan marağı, eləcə də bu nəqliyyat növünün geniş istifadəsinin mikromobillik, nəqliyyat sıxlığının azaldılması, ətraf mühitin qorunması, fiziki fəallığın artırılması və sağlam həyat tərzi baxımından əhəmiyyətini nəzərə alaraq, sakinlər üçün şəhər konsepsiyası çərçivəsində mikromobillik zolaqları şəbəkəsinin genişləndirilməsi davam etdiriləcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

AFFA İntizam Komitəsi "Neftçi"ni azarkeşlərinin davranışına görə cərimələyib.

Ən son

GÜNDƏM

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə həyata keçirilən

GÜNDƏM

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə həyata keçirilən
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin