2024-2025-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin XI siniflərinə attestatlar verilir.
Bu barədə Baki-baku.az-a BŞTİ-dən məlumat verilib.
Attestatlara illik qiymətlər və buraxılış imtahanından tədris dili, riyaziyyat, xarici dil və Azərbaycan dili (dövlət dili kimi) fənlərindən toplanmış ballar yazılır. Tam orta təhsil haqqında attestatda şagirdin bitirdiyi sinfin təmayül istiqaməti də qeyd olunur.
2024-2025-ci tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI siniflərini 33 517 şagird bitirib.
Qeyd edilib ki, IX sinfi bitirən şagirdlərə isə attestatlar iyunun 23-28-də veriləcək.