Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/24/2026

Paylaşın

GÜNDƏM

Bakıda 3 ünvanda rahat gediş-gəliş üçün təmir işləri aparılacaq

Təmir işləri, AAYDA

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakıda vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün həftəsonu 3 ünvanda təmir işləri aparacaq.

Baki-baku.az Agentliyə istinadən xəbər verir ki, təmir aşağıdakı ünvanları əhatə edəcək:

  1. Səməd Vurğun küçəsi (Salatın Əsgərova – Füzuli küçələri arası)
  2. Rəşid Behbudov küçəsi (28 May – Şəmsi Bədəlbəyli küçələri arası)
  3. Heydər Əliyev prospektinin əsas və yan yolu (Müzəffər Nərimanov – Ələsgər Qayıbov küçələri arası, şəhər istiqamətində)

Təmir işlərinə bu gün saat 23:00-da başlanılacaq və 26 aprel saat 07:00-a qədər yekunlaşdırılması planlaşdırılır. Rəşid Behbudov küçəsində hazırlıq işlərinə daha erkən başlanılacaq.

Asfalt-beton örtüyünün yenilənməsi çərçivəsində qeyd olunan ünvanlarda işlərin mərhələlərinə uyğun olaraq nəqliyyat vasitələrinin hərəkəti qismən və tam məhdudlaşdırılacaq.

“Sürücülərdən xahiş olunur ki, qeyd olunan müddətdə həmin ərazilərdə sıxlığın yaranmaması üçün əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər”, – deyə agentlik bəyan edib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Hər bahar Yaponiyada quru sözlərlə izah edilməsi çətin olan bir hadisə baş verir

Ən son

GÜNDƏM

Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon adlanan ərazidə yerləşən “Pitomnik” kimi tanınan park vətəndaş tərəfindən

GÜNDƏM

Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon adlanan ərazidə yerləşən “Pitomnik” kimi tanınan park vətəndaş tərəfindən
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin