Bakının Biləcəri qəsəbəsini metronun “Azadlıq prospekti”, “Gənclik” və “Nəriman Nərimanov” stansiyaları ilə əlaqələndirən 202 nömrəli müntəzəm marşrutda istismar olunan avtobusların bir qismi yenilənir.
Bu barədə Baki-baku.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, martın 18-dən sərnişinlərin xidmətinə veriləcək 11 böyüktutumlu “Yutong” markalı müasir avtobus CNG texnologiyası ilə təchiz olunub. Beləliklə, marşrut xəttində fəaliyyət göstərən bütün avtobuslar ekoloji təmiz nəqliyyat vasitələri olacaq.
Ümumilikdə 15 avtobus 8 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin ixtiyarında olacaq. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 manat təşkil edir.