Nəşr edilmişdir 01/13/2025

Paylaşın

ƏSAS XƏBƏRLƏR, GÜNDƏM

Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlara başlanılıb

20 Yanvar

Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı hazırlıq işlərinə başlanılıb.
Bu barədə Baki-baku.az-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, həmin ərazi daima Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətindədir. Ənənəvi olaraq Xiyaban ərazisində müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerləri cəlb olunub.
Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən ənənəvi olaraq Şəhidlər xiyabanında geniş təmizlik və abadlıq işləri görülür, zədələnmiş plitələr dəyişdirilir, ağacların budaqları, bəzi kollar budanıb, qazon örtüyü yenilənib, yeni güllər və kollar əkilib, işıq dirəkləri rənglənir, səkilər və bütün ərazi yuyulur, Xiyabandakı hər iki məşəldə profilaktika aparılır.
Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Tədbirdə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının təşəbbüsü ilə hazırlanmış “Heydər Əliyev – Zəfər yolunun memarı!” adlı video-çarx

Ən son

GÜNDƏM

İkinci Dünya müharibəsi bəşəriyyətin üzləşdiyi ən dəhşətli müharibələrdən biri idi.

GÜNDƏM

İkinci Dünya müharibəsi bəşəriyyətin üzləşdiyi ən dəhşətli müharibələrdən biri idi.