Nəşr edilmişdir 01/18/2025

Paylaşın

ƏSAS XƏBƏRLƏR

Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri başa çatıb

CC45114B-0E1C-4957-B663-C49F863AE19B

Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı Şəhidlər xiyabanında hazırlıq işləri başa çatıb.
Baki-Baku.az-a Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən verilən məlumata görə, həmin ərazi daima Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətində altında olub. Ənənəvi olaraq Xiyaban ərazisində müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanıb. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerləri cəlb olunub.
Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən Şəhidlər xiyabanında geniş təmizlik və abadlıq işləri görülüb, zədələnmiş plitələr dəyişdirilib, ağacların budaqları, bəzi kollar budanıb, qazon örtüyü yenilənib, yeni güllər və kollar əkilib, işıq dirəkləri rənglənib, səkilər və bütün ərazi yuyulub, Xiyabandakı hər iki məşəldə profilaktika aparılıb.
Bundan əlavə BŞİH-nin qurumlarının əməkdaşları yanvarın 20-də Xiyabanın ərazisində vətəndaşların ziyarətinin təşkili üçün lazımı tədbirlər həyata keçirəcəklər. Eyni zamanda kommunal, təsərrüfat xidmətləri işçilərinin, təcili təxirəsalınmaz tibbi yardım briqadalarının bütün gün ərzində növbətçiliyi təşkil edilib.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Antoni Blinkenin siyasəti, əslində, ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi.Baki-baku.az xəbər verir ki, bunu Prezident İlham Əliyev XII Qlobal Bakı

Ən son

GÜNDƏM

O, fotoqrafiya ilə də maraqlanıb və bir çox ölkələrə səyahət edib.

GÜNDƏM

O, fotoqrafiya ilə də maraqlanıb və bir çox ölkələrə səyahət edib.