Nəşr edilmişdir 02/28/2025

Paylaşın

GÜNDƏM

Bakıda 184 nömrəli marşrut xəttində avtobuslar yenilənəcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 184 nömrəli müntəzəm marşrut xətti üzrə müsabiqə keçirib.
Baki-baku.az agentliyə istinadən xəbər verir ki, müsabiqədə “General Auto Company” MMC qalib gəlib.
Sabahdan 184 nömrəli marşrut üzrə sərnişinlərin daşınması 13 müasir və komfortlu avtobusla yerinə yetiriləcək. Avtobuslar Yeni Suraxanı qəsəbəsinin Dəmiryol stansiyasından başlamaqla yeni sxem üzrə fəaliyyət göstərəcək. Məqsəd vətəndaşların Yeni Suraxanı qəsəbəsindən “Koroğlu” və “Ulduz” metrostansiyaları istiqamətində gedişlərini asanlaşdırmaqdır.
Marşrut üzrə gediş haqqı 0,5 manat təşkil edir və ödənişlər nağdsız qaydada həyata keçiriləcək.
“Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmət keyfiyyətinin və əlçatanlığın artırılması, təhlükəsizliyin və marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır”, – deyə AYNA bəyan edib.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

NİİM qeyd edilən yollardan metronun “Koroğlu” stansiyası və "Xırdalan" dairəsi istiqamətlərində hərəkət edən nəqliyyat vasitələrinin sürücülərinə diqqətli olmağı

Ən son

GÜNDƏM

Bakıda çoxmənzilli binalarda 141 lift dəyişdiriləcək.Baki-baku.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı

GÜNDƏM

Bakıda çoxmənzilli binalarda 141 lift dəyişdiriləcək.Baki-baku.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı