Nəşr edilmişdir 02/11/2025

Paylaşın

GÜNDƏM

Bakıda ən keyfiyyətli zəfəranın vətəni – Bilgəh

Zəfəranın vətəni, Zəfəran, Bilgəh

Zəfəran (Crocus sativus) bitkidir. İncə ləçəklərinə baxmayaraq, özündən sonra qalıcı iz qoyan, tarixi mənbələrə görə, 4000 ildən çox yaşı olan zərif bir bitkidir. Min bir dərdin dərmanı olan zəfərandan uzun illər təbabətdə və məişətdə geniş istifadə olunub. Baki-baku.az xəbər verir ki, etimologiyasının qədim Fars dilindən (qızıl düzülü) gəldiyi güman edilir. Kimyəvi tərkibinə görə əhval-ruhiyyəni qaldıra, xərçəng hüceyrələrini öldürə, şişkinliyi götürə bilir. Ümumən antioksidant kimi müsbət təsir göstərir.

Zəfəranın əsas istehsalçısı İrandır. Bu ölkənin payına dünya istehsalının 65 faizdən çoxu düşür və o, hər il 40-dan çox ölkəyə ümumilikdə 200 tona yaxın zəfəran ixrac edir. Keçmişdə zəfəran Sovet İttifaqı ərazisində yalnız Azərbaycanda əkilirdi. Ölkəmizin, xüsusilə də Abşeron yarımadasının iqlim şəraiti zəfəranın becərilməsi üçün olduqca əlverişlidir. Buna görə də 1927-ci ildə Bilgəh kəndində “Zəfəran” sovxozu yaradılmışdı. Bu sovxoz ildə 150 kiloqram quru zəfəran istehsal edirdi. 1990-cı illərin ortalarında bir çox dövlət müəssisələri kimi bu sovxoz da dağıldı.

Hazırda zəfəran ölkəmizdə azad sahibkarlar tərəfindən əkilir.
Qeyd edək ki, xalq arasında keyfiyyətinə görə ən yaxşı zəfəran Bilgəh zəfəranı hesab olunur.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Fevralın 28-də ilin ikinci “planetlərin böyük paradı” müşahidə olunacaq. Baki-baku.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin

Ən son

GÜNDƏM

Zəfəran (Crocus sativus) bitkidir. İncə ləçəklərinə baxmayaraq, özündən sonra qalıcı iz qoyan, tarixi mənbələrə görə,

GÜNDƏM

Zəfəran (Crocus sativus) bitkidir. İncə ləçəklərinə baxmayaraq, özündən sonra qalıcı iz qoyan, tarixi mənbələrə görə,