Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/01/2026

Paylaşın

GÜNDƏM

Bakı Yeni ili möhtəşəm atəşfəşanlıq ilə qarşıladı

Yeni il

2025-cü il başa çatdı. Yola saldığımız il ölkəmizin inkişaf salnaməsinə daha bir uğur səhifəsi kimi yazıldı. Azərbaycan ötən bir ildə beynəlxalq mövqelərini daha da gücləndirdi, siyasi, iqtisadi və digər sahələrdə diqqətçəkən irəliləyişlərə nail oldu.

Hazırda azad olunmuş torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Böyük Qayıdış yolunda inamlı addımlar atılır. Azərbaycan Yeni ili və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü ölkənin bütün ərazisində təntənəli qeyd edir.

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Bakıda möhtəşəm atəşfəşanlıq keçirilib.

Baki-Baku.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan bayram atəşfəşanlığını Dənizkənarı Parka və paytaxtın mərkəzi küçələrinə toplaşan Bakı sakinləri və şəhərin qonaqları böyük maraqla izləyiblər.

Qeyd edək ki, Yeni il münasibətilə Dənizkənarı Milli Park, paytaxtın digər parkları və mərkəzi küçələri bayramsayağı bəzədilib, şam ağacları qurulub.

Xalqımız qazandıqları uğurlar fonunda Yeni ili böyük sevinc və nikbinliklə qarşılayır.

Azərbaycan xalqı 2026-cı ili yeni arzularla və qələbələr sorağı ilə qarşılayıb.

Qədəmlərin uğurlu olsun, Yeni il!

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Hər il aprelin 2-si dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunur

Ən son

GÜNDƏM

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində daimi əsaslarla işləyən tərbiyəçi-müəllimlərin yerdəyişməsi

GÜNDƏM

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində daimi əsaslarla işləyən tərbiyəçi-müəllimlərin yerdəyişməsi
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin