Nəşr edilmişdir 11/04/2024

Paylaşın

TARİX

Bakı Xanlığı

Bakı Xanlığı

Bakı Xanlığı

18-ci əsrin ortalarından formalaşmağa başlayan Bakı xanlığı, 19-cu əsrin əvvəlinə qədər mövcud olmuşdur. Azərbaycanın tarixi bölgələrindən biri olan Bakı ərazisində yaranmış bu xanlıq, müxtəlif dövrlərdə mühüm strateji və iqtisadi əhəmiyyət daşıyırdı.

Şirvanşahlar dövlətinin tənəzzülü və digər siyasi dəyişikliklərin fonunda, Nadir Şahın ölümündən sonra yaranan siyasi boşluqdan istifadə edərək, Mirzə Məhəmməd xan Bakı əhalisi arasında olan nüfuzunu istifadə edərək özünü Bakının müstəqil xanı elan edir. Beləcə, Bakı xanlığı yaranır.

Xan və Xanlığın İdarəetməsi

Bəs xan kimdir və xanlıq necə formalaşır? Xan, həm siyasi, həm də hərbi məsələləri idarə edən başçıdır. Xanlığın başçısının əsas vəzifələri bölgənin təhlükəsizliyini təmin etmək, daxili işləri nizamlamaq və vahidliyi qoruyub saxlamaqdır. Bakı xanlığının idarəetmə strukturu bu prinsiplərlə formalaşmışdı.

Mədəniyyət və Etnik Müxtəliflik

Yaradıldığı dövrdən Bakı xanlığının ərazisində həmişə müxtəlif etnik qruplar və mədəniyyətlər bir arada yaşayırdı. Bu səbəbdən, şəhərin sosial və mədəni həyatı zəngin idi. Bakı, o dövrdə Multikulturalizm mərkəzi hesab olunurdu. Xanlığın mədəni həyatı bu bölgənin özünəməxsus adət və ənənələrini əks etdirirdi. Bu adət-ənənələr sırf Bakı camaatına xas olub, nəsildən nəsilə ötürülürdü.

Şəhərin coğrafi mövqeyi də müxtəliflik və rəngarəngliyin digər bir səbəbidir. Xəzər dənizinin sahilində yerləşməsi, buranın iqtisadiyyatını strateji ticarət, sənətkarlıq və kənd təsərrüfatı üzrə qurmağa imkan tanıyırdı. Bakı, münbit torpaqları olmasa da, faydalı qazıntılarla zəngin idi. Heç kəsə sirr deyil ki, Bakı öz nefti ilə məşhur idi. Qədimdən bu torpaqlar “qara qızıl” ilə nəzərləri cəlb edirdi.

Bakı Xanlığı

Rusiya İmperiyasının Təsiri

Bu durum, Rusiya İmperiyasının da diqqətindən qaçmamışdı. Hakimiyyət uğrunda gedən çəkişmələr Bakı xanlığını getdikcə zəiflətmişdi. Fürsətdən istifadə edən Rusiya İmperiyası, Bakı xanlığını öz siyasi və iqtisadi məqsədləri üçün strateji bir ərazi olaraq görmüş və 1806-cı ildən sonra öz nəzarəti altına almışdı.

1813-cü ildə imzalanan Gülüstan müqaviləsinə əsasən, Bakı xanlığının Rusiya tərəfindən ilhaqı rəsmiləşdirildi. Sonralar Bakı xanlığını bərpa etməyə çalışsalar da, bu əfsuslar olsun ki, mümkün olmadı.

1918-ci ildə Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra Bakı şəhəri yenidən azad və müstəqil oldu.

Müasir Bakı

Bu gün, müasir dünyada Bakı təkcə Azərbaycanın yox, həm də Qafqaz regionunun ən iri iqtisadi, mədəni və siyasi mərkəzlərindən biridir. Bakının sürətlə inkişaf edən infrastrukturu, müxtəlif sahələrdə dinamik fəaliyyəti onu meqapolis statusuna layiq görür. Bakı tarix boyu ən gözəl, innovativ və çiçəklənən dövrünü yaşayır. Bu da öz növbəsində həm ölkənin, həm də regionun inkişafında mühüm rol oynayır.

Loading

Bənzər Xəbərlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında “The Goldman Sachs Group Inc.” şirkətinin

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında “DP World” şirkətlər

GÜNDƏM

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyənin Bolu vilayətində “Kartalkaya” xizək mərkəzindəki hoteldə baş verən

GÜNDƏM

Türkiyənin Bolu bölgəsinin “Kartalkaya” xizək mərkəzinin hotelində yanğın baş verib. Hadisə nəticəsində 66 nəfər ölüb,