Nəşr edilmişdir 07/05/2025

Paylaşın

GÜNDƏM

Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq

İyulun 7-dən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-Xankəndi-Laçın istiqamətində növbəti müntəzəm avtobus reysini istifadəyə verəcək.

Baki-baku.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilib ki, məqsəd işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasıdır.

Avtobuslar hər gün Bakı Beynəlxalq Avtovağzal Kompleksindən saat 11:00-da hərəkət edəcək. Reys üzrə aralıq məntəqə olaraq Xocalı, Xankəndi və Şuşa şəhərləri təyin edilmişdir. Avtobuslar Laçın şəhərindən saat 09:00, Şuşa şəhərindən 10:00, Xankəndi şəhərindən 10:30, Xocalı rayonundan isə 11:00-da yola düşəcək.

Bakı-Laçın və əksinə istiqamətdə biletin qiyməti 16.1 manat, Bakı-Şuşa və əks istiqamətdə 14.8 manat, Bakı-Xankəndi və əksinə istiqamətində 14.2 manat, Bakı-Xocalı və əksinə istiqamətində isə 13.9 manat təşkil edir.

Biletləri yalnız “biletim.az” portalı üzərindən onlayn qaydada əldə etmək olar.

Biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir.

Qeyd edək ki, AYNA oktyabrın 13-dən Laçın şəhərinə müntəzəm avtobus reysi istifadəyə verib.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bu gün hər evin baş küncündə öz yerini tutan televizor bir zamanlar elə bir texnoloji yenilik idi ki,

Ən son

GÜNDƏM

Ölkə ərazisində iyulun 6-da gözlənilən hava şəraiti açıqlanıb

GÜNDƏM

Ölkə ərazisində iyulun 6-da gözlənilən hava şəraiti açıqlanıb